Analitik: İsrail hökuməti Türkiyə ilə dil tapmağa çalışmalıdır
17:35 04.11.2025
Dünya
1201
Türkiyə-İsrail arasındakı mübarizə hökumətlər arasındadır
Yaxın Şərqdəki proseslər, xüsusilə Fələstin-İsrail münaqişəsi fonunda, Türkiyə ilə İsrail arasındakı münasibətləri gərginləşdirib. Hazırkı Türkiyə rəhbərliyi Baş nazir Binyamin Netanyahunun kabineti ilə əlaqə qurmaq niyyətində deyil. “Hürriyet” qəzetinin məlumatına görə, Ankara üçün əsas meyar İsraildə formalaşacaq hökumətin ideoloji yönümü və siyasəti olacaq. ABŞ-nin Ankaradakı səfiri Tomas Barak isə iki ölkə arasında əməkdaşlığın mümkün olduğunu bildirib. Lakin gələcəkdə vaxtlarda İsrail-Türkiyə münasibətlərinin taleyinin necə olacağı yenə də sual altındadır.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a açıqlamasında Türkiyə-İsrail arasındakı mübarizənin hökumətlər arasında olduğunu söyləyib:
"Açıqlamalardan da görünür ki, əsas gərginlik məhz iki hökumət arasında yaşanır. Burada ideoloji baxımdan ciddi fərqlilik mövcuddur. Hazırkı AK Partiya hökuməti bölgədəki müsəlman ölkələrinin maraqlarını müdafiə edən, İslam dünyasında lider mövqeyini hədəfləyən siyasət yürüdür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İslam dünyasında nüfuzu kifayət qədər güclüdür. Bu düzgün mövqedir. Türkiyə uzun illərdir bu regionda xüsusilə də Yaxın Şərqdə aktiv rol oynayır. Bu bölgələrin “qızıl dövrü” Osmanlı imperiyası dövrünə təsadüf edir. İndi isə əgər İsrail və ya başqa bir dövlət bu regionda Türkiyənin mövqeyinə qarşı siyasət yürüdərsə, AK Partiya hökuməti bu siyasətə qarşı öz mövqeyini ifadə etməyə qadirdir. Bu, təkcə sözlə deyil, konkret addımlarla da dəfələrlə sübut olunub:
Ekspert Fələstin məsələsinin ədalətli şəkildə həll olunmadığı, xüsusən də İsrailin “iki dövlətli həll” prinsipini qəbul etmədiyi təqdirdə Təl-Əviv və Ankara arasında hansısa ciddi uzlaşmadan danışmağın çətin olduğunu söyləyib:
"Əgər gələcəkdə İsraildə hakimiyyətə gələn yeni hökumət də eyni siyasəti davam etdirərsə, münasibətlər gərgin olaraq qalacaq. Bu isə əslində İsrailin öz maraqlarına da ziddir.
Unutmayaq ki, Türkiyə NATO-nun ikinci ən böyük hərbi gücüdür və həm Ərəb dünyasında, həm də ümumilikdə Yaxın Şərqdə mühüm təsir gücünə malikdir. Prezident Ərdoğanı bu bölgədə bir çoxları lider kimi qəbul edir. Bu baxımdan, İsrail hökuməti Türkiyə ilə dil tapmağa çalışmalıdır. Əks halda, münasibətlərdə gərginliyin qalması qaçılmazdır".
Banuçiçək Kalbalıyeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm