
Analitik: Odessanın əldən verilməsi, Ukraynanın Qara dənizdəki mövqeyinə ciddi zərbə vuracaq
13:18 18.03.2025
Dünya
546
Buna görə də Kiyev, hətta Vaşinqtonun məsələyə fərqli baxışı olsa belə, Odessanın itirilməsinə razı olmayacaq
Kiyev ABŞ Prezidenti Donald Trampın Odessa limanının Rusiyanın nəzarətinə keçməsinə razılıq verə biləcəyindən ehtiyat edir.
Bu barədə “Nyu York Tayms” Ukrayna Prezidenti Vladimir Zelenskinin köməkçilərindən birinə istinadla məlumat yayıb.
“Onlar narahatdırlar ki, Tramp Rusiyanın Ukraynanın digər hissələrinə, o cümlədən Odessa limanına nəzarəti ələ keçirməsinə razılıq verə bilər”, - məlumatda qeyd olunub.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Kiyev heç vaxt Odessanın Rusiyanın nəzarətinə keçməsi ilə razılaşmaz, çünki bu, şəhərin işğalı demək olardı:

"Odessa təkcə strateji yox, həm də iqtisadi baxımdan Ukrayna üçün həyati əhəmiyyət daşıyan bir limandır. ABŞ və ya digər Qərb ölkələrinin bu məsələyə yanaşması fərqli ola bilər, lakin Ukrayna üçün burada əsas məqam milli təhlükəsizlik və suverenlik məsələsidir. Onsuz da Ukrayna müharibə nəticəsində əsas liman şəhərlərindən biri olan Mariupolu itirib. Bununla da ölkənin Azov dənizinə çıxışı demək olar ki, tamamilə məhdudlaşıb. Çünki həmin ərazi hazırda Rusiyanın nəzarətindədir. Odessanın əldən verilməsi, Ukraynanın Qara dənizdəki mövqeyinə ciddi zərbə vuracaq və dəniz ticarətini tamamilə iflic edəcək. Buna görə də Kiyev, hətta Vaşinqtonun məsələyə fərqli baxışı olsa belə, Odessanın itirilməsinə razı olmayacaq. Çünki bu, Ukraynanın geosiyasi və iqtisadi maraqlarına düz gəlmir və ölkənin dəniz yolu ilə xarici dünyaya çıxışını mümkünsüz hala sala bilər. Belə bir ssenari isə Ukrayna üçün təkcə hərbi yox, həm də iqtisadi və diplomatik baxımdan ağır nəticələr doğurar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil