
Analitik: Rusiya İranın regiondakı addımlarını müdafiə edir
Analitik: Rusiya İranın regiondakı addımlarını müdafiə edir
Yusif Sultanoğlu
17:27 16.04.2024
Dünya
456
Putin və İbrahim Rəisi bu istiqamətlərdə müzakirə aparıblar
İran Prezidenti İbrahim Rəisi rusiyalı həmkarı Vladimir Putinə zəng edib.
Bu barədə Kreml məlumat yayıb.
İki ölkə prezidenti arasında olan telefon danışığında hansı məsələlərin müzakirə edilməsini “Sherg.az”a dəyərləndirən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Solton bildirib ki, İranla Rusiya arasında əməkdaşlığa dair əhatəli müqavilə imzalanmalı idi:
“Burada hərbi, hərbi-texniki sahədə və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulmuşdu. Sənədin hazırlanması üçün Rusiyanın müdafiə naziri Sergey Şayqu İranda səfərdə də olmuşdu. Bu baxımdan telefon danışığında əhatəli müqavilənin imzalanması ilə bağlı söhbət müzakirə edilə bilər. Bundan başqa, aprelin 14-də İranın İsraili birbaşa vurması və bunun nəticələrinin də söhbət zamanı ortaya qoyulma ehtimalı var. Eləcə də İsrailin İrana mümkün hava zərbələri və rəsmi Tehrana qarşı növbəti sanksiya paketinin qəbul ediləcəyi də masaya yatırıla bilər. Eyni zamanda İran hava hücumundan müdafiə ilə bağlı Rusiyadan hava hücumundan müdafiə kompleks sistemi istəyə bilər”.

Ekspert söyləyib ki, rəsmi Tehranın İsrailə birbaşa həmlə etməsindən sonra Rusiyanın İran səmalarında kontinental raketinin hərəkətinin müşahidə olunması təsadüfi deyildi:
“Rusiya bununla İranın regiondakı addımlarını müdafiə etdiyini göstərdi. Ona görə də hesab edirəm ki, Vladimir Putin və İbrahim Rəisi arasında müzakirə olunan məsələlər təxmini bu istiqamətlərdə olacaq. Həmçinin hadisələrin şiddətlənəcəyi təqdirdə İranın Rusiyaya verdiyi PUA-ların tədarükünün davam etdirilməsi də müzakirə oluna biləcək məsələdir. Bir sözlə, tərəflər arasında daha çox hərbi, siyasi və iqtisadi əməkdaşlığın perspektivi kimi, məsələlər telefon danışığında müzakirə oluna bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət