
Analitik: Tramp və Putin arasındakı danışıqlar ümumi yanaşmalardan ibarət olacaq
12:26 17.03.2025
Dünya
474
Ortada faktiki olaraq hansısa sənədin olacağını görməyəcəyik
ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı rusiyalı həmkarı Vladimir Putinlə danışmağı planlaşdırdığını bildirib. O, bu barədə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bizimlə Rusiya arasında hər şey yaxşı gedir. Baxaq, bəlkə çərşənbə axşamına qədər nəsə elan edəcəyik. Çərşənbə axşamı Prezident Putinlə danışacağam.
Tramp qeyd edib ki, Putinlə söhbəti zamanı ərazilər məsələsini müzakirə etmək niyyətindədir. Torpaqdan danışacağıq. Elektrik stansiyalarından danışacağıq, çünki bu, böyük məsələdir.
Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a bildirib ki, danışıqlardan sonra Putin və Tramp arasında təmas baş tutsa belə, ciddi razılaşmanın olacağını düşünmür:

“Rusiya, Ukrayna və Amerika bəyanatlarda sülhə meyilli olduqlarını bildirsələr də, mahiyyət etibarilə bütün tərəflərin gətirdiyi arqumentlər arasında dərin uçurumlar mövcuddur. Ona görə də konkret nəticəyə gəlmək mümkün deyil. Məsələn, Ukrayna tərəfi ərazilərindən əl çəkməyəcəyini, Rusiya isə işğal etdiyi torpaqları geri qaytarmayacağını söyləyir. Tramp və Putin arasındakı danışıqlar da ümumi yanaşmalardan ibarət olacaq. Yəni hər iki tərəf sülhün əldə edilməsinin vacibliyini təstiqləyəcəklər. Lakin ortada faktiki olaraq hansısa sənədin olacağını görməyəcəyik. Çünki Rusiya tərəfi birmənalı olaraq güzəştə getməyəcəklərini söyləyiblər. Ukrayna tərəfinin də güzəştə gedəcəyi qeyri-mümkündür. Ancaq Tramp və Putin arasında birbaşa təmasların olması liderlər səviyyəsində informasiya kanallarının açılması deməkdir. Beləliklə hər iki tərəf bundan sonra mövcud məsələlər ətrafında daha ətraflı danışacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya