Ankara və Vaşinqton daha sıx koordinasiyaya cəhd edirlər -RƏY
13:02 17.03.2025
Dünya
504
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Liderlər ikitərəfli əlaqələri, regional və qlobal məsələləri müzakirə ediblər.
Siyasi şərhçi Elmir Səftərov "Sherg.az"a bildirib ki, Donlad Trampın birinci hakimiyəti dövründə Türkiyə-ABŞ münasibətlərində nə qədər kəskinləşmə olsa da, əlaqələrdə durğunluq yaşanmadı:
"Həmin dövrdə bu gərginliyi artıran məsələlər sırasında rahib Brunson, Fətullah Gülən, silah böhranı və Türkiyəyə qarşı tətbiq edilən digər sankisyalar var idi. Buna baxmayaraq, 2019-cu ildə Avropa Türkiyəyə təzyiq edərkən Donlad Tramp oktyabr ayında Türkiyənin Suriyanın şimalındakı əməliyyatları barədə razılığa gəldi və qarşılıqlı maraqlar kontekstində müəyyən güzəştlərə getdi.
Bu il martın 16-da isə Türkiyə və ABŞ prezidentləri D.Trampın ikinci prezidentlik müddəti başlayandan bəri ilk dəfə danışdılar. Son illərdə siyasi çəkisini və hərbi potensialını daha da artıran Türkiyə qlobal aktor kimi ABŞ-la qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Eyni zamanda, ABŞ da Ankaranın regional nüfuzunun artmasını və proseslərə təsirini nəzərə alaraq bərabərhüqulu tərəfdaş kimi davranmaqla Türkiyənin banlanslı siyasətini, sülh və vasitəçilik təşəbbüslərini yüksək qiymətləndirir. Tərəflərin ortaq mövqedə dayandığı mövzular olduğu kimi, aralarında olan müəyyən fikir ayrılıqları hələ də davam edir. Müzakirələrdə fikir ayrılıqlarının hökm sürdüyü mövzulardan biri də fələstinlilərin Qəzzadan köçürülməsi məsələsi ilə bağlıdır ki, Türkiyə buna qarşı sərt mövqe orta qoyub və bunu qəbuledilməz hesab edir, Trampı sülhü təşviq etmək üçün verdiyi vədləri yerinə yetirməyə çağırır. Fələstinlilərin hüquqlarını açıq şəkildə müdafiə edən R.T. Ərdoğan, həmçinin ABŞ prezidenti ilə Fələstinlə bağlı məsləhətləşmələr aparıb, eyni zamanda, oraya yardımlar çatdırılmasının və sabitliyin vaacibliyini də diqqət mərkəzinə gətirib".
Şərhçi əlavə edib ki, Türkiyə Ukraynanın suverenliyini dəstəkləməklə yanaşı, Moskva və Kiyevlə də diplomatik və iqtisadi əlaqələri davam etdirir, özünü potensial vasitəçi kimi göstərir:
"Belə ki, Türkiyə Qara dəniz regionunda strateji mövqeyindən və təsirindən istifadə edərək danışıqlara, taxıl ixracına köməklik göstərib və atəşkəs rejiminin monitorinqində iştirak etməyə hazır olduğunu bildirib. Eyni zamanda, Türkiyə ABŞ-ın da Rusiya-Ukrayna müharibəsinə son qoymaq səylərini dəstəkləyir. Bu səbəbdən də danışıqlarda savaş bitəndən sonra Ukraynda Türkiyənin rolu, ABŞ-la hansı sahələrdə əməkdaşlıq aparılması, sülhməramlı qüvvələrin bir hissəsi kimi Ukraynaya qoşun yerləşdirmə məsələri də öz əksini tapan məsələlərdəndir.
Tərəflər Ankara ilə Vaşinqton arasında daha sıx koordinasiyaya cəhd edirlər, bu, həm də Cənubi Qafqaz və Yaxın Şərqədə ölkələrinin hansı nüfuza sahib olması fonunda əhəmiyyətlidir. Ərdoğan da öz növbəsində Suriyada sabitliyin bərpa edilməsinin və sanksiyaların aradan qaldırılmasının vacibliyini həmkarının diqqətinə çatdıraraq, qanunsuz silahlı dəstələr barədə də danışıb, onların Suriaynın sabitliyinə və suverenliyinə təhdid olmasını xatırladılıb. Bundan əlavə, Türkiyəyə qarşı F-16, F-35 sanksiyaların yekunlaşdırılması da tərəflərin əməkdaşlığının daha səmərəli və faydalı olacağına təkan verəcəyi barədə Ankara administrasiyasının mövqeyi də qarşı tərəfə çatdırılıb və münasibətlərin yaxşılaşması üçün bu məsələyə də yenidən baxılmasının vacibliyi bildirilib. Cozef Baydenin prezidentliyi dövründə Türkiyə-ABŞ əlaqələrindəki boşluqların doldurulması və anlaşılmazlıqların aradan qaldırılması istiqamətində ciddi işlər aparılmadı. Trampın yenidən hakimiyyətə qayıdışı, Avropa-ABŞ münasibətlərinin soyuması fonundan “Köhnə qitədə” həyəcan təbilinin çalınması, Rusiya-Ukrayna müharibəsində Türkiyənin neytral mövqeyi və Ankaranın artan nüfuzu bəzi sanksiyaların yüngülləşdirilməsi və qaldırılmasına səbəbiyyət verə bilər. Bunlardan biri də Türkiyənin yenidən F-35 proqramına geri dönməsi ilə bağlıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya