Atom bombasının yaradılmasına dair ilk hesabat sənədi ABŞ hərracında satılıb
Yusif Nəzərli
01:21 23.03.2024
Dünya
507
C. Robert Oppenheymer tərəfindən imzalanan və atom bombasının yaradılmasını təsvir edən Manhetten layihəsi adlı hesabat hərracda 53 min 594 dollara satılıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, 200 səhifəlik hesabatda Manhetten layihəsinin texniki və inzibati aspektləri, dünyanın ən dağıdıcı silahının hazırlanması təsvir edilib. Sənədi tanınmış alimlər - dünyanın ilk nüvə reaktorunun yaradıcısı Enriko Fermi, Los Alamos laboratoriyasına rəhbərlik etmiş fizik C. Robert Oppenheymer, Nobel mükafatı laureatı Ernest Lourens, neytronu kəşf edən Ceyms Çedvik və başqaları imzalayıblar.
Satış Kristofer Nolanın “Oppenheymer” filmi yeddi nominasiyanı (“Ən yaxşı film” və “Ən yaxşı rejissor” nominasiyaları da daxil olmaqla) qazanaraq və indiyə qədər çəkilən ən çox gəlir gətirən bayopik olaraq “Oskar” mükafatını qazandıqdan bir neçə gün sonra “RR” hərracında baş tutub. Filmin dünya üzrə kassa gəlirləri təxminən 1 milyard dollar təşkil edib.
“RR” hərracının icraçı vitse-prezidenti Bobbi Livinqston “Fine Books & Collections” nəşrinə deyib: “Bu sənəd təkcə elm tarixinin ən mühüm dövrünü təmsil etmir, həm də texnoloji tərəqqi ilə bağlı etik mülahizələrin qəti sübutu kimi çıxış edir”.
Manhetten layihəsində məsləhətçi olaraq çalışan fizik Henri Smit 1945-ci il iyulun 16-da Nyu-Meksikanın cənubundakı ucqar ərazidə ilk atom bombası sınağının keçirilməsindən bir neçə həftə əvvəl hesabat hazırlayıb. Kod adı “Triniti” olan partlayışı 200 mil məsafədən görmək mümkün olub.
Yaponiyada Xirosima və Naqasakiyə hücumlar avqustun 6 və 9-da baş verib. Hesabat bir neçə gün sonra – avqustun 12-də mediada yayımlanıb.
“Bu, çox güman ki, atom bombasının yaradılması ilə bağlı ilk ictimai hesabatdır”, - deyə lot siyahısındakı təsvir mətnində yazılıb.
Hesabatla yanaşı, anonim alıcı Manhetten layihəsinin emblemini və digər əşyaları da əldə edib.
Bundan başqa, hərrac evi C. Robert Oppenheymerin 1952-ci ildə “Look” jurnalının müxbiri Stiven Uayta çap maşınında yazaraq göndərdiyi məktubunu da satışa çıxarıb. Oppenheymerin atom bombasını «təcavüzkarların silahı” olaraq xarakterizə etdiyi və imzaladığı məktub 17 min 270 dollara satılıb.
Hərracda, həmçinin bir çox digər tarixi sənədlər satışa çıxarılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə