Ukrayna prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin uzadılmasını nəzərdə tutan qanun layihəsini imzalayıb.
APA xəbər verir ki, bu barədə Ukrayna parlamentinin rəsmi internet saytında bildirilib.
Qanunlara əsasən, hərbi vəziyyətin və ümumi səfərbərliyin müddəti 2027-ci il yanvarın 29-dək uzadılıb. Qanun layihəsi oktyabrın 31-də qüvvəyə minəcək.
Ukrayna Ali Radası hərbi vəziyyətin uzadılmasını 293, ümumi səfərbərliyin uzadılmasını isə 281 deputatın səsi ilə təsdiqləyib.
Qeyd edək ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsinin başladığı 2022-ci il fevralın 24-dən qüvvədədir. Bu müddət parlament tərəfindən hər üç aydan bir uzadılır.