
Avroatlantik əlaqələri sarsılıb: Vaşinqtonla Moskva arasında danışıqlar Avropanı kənarda qoydu
08:34 06.03.2025
Dünya
547
“Rusiya-Ukrayna müharibəsinin başlaması, Kiyevə hərbi və maliyyə dəstəyi, eləcə də beynəlxalq təhlükəsizlik təhdidlərinin qarşısının alınması və Rusiyanın qlobal təsirinin azaldılması səyləri ABŞ və Avropa İttifaqının (Aİ) əhəmiyyətli dərəcədə yaxınlaşmasına səbəb olmuşdu. Həmçinin müharibədə Ukraynaya dəstəyi gücləndirmək məqsədilə Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Kiyevə maliyyə yardımı kimi verilməsində, Rusiya neftinə sanksiya tətbiq edilməsində hər iki tərəf birgə işləyirdi”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında siyasi şərhçi Elmir Səftərov bildirib.
O qeyd edib ki, dünyadakı geosiyasi böhran kollektiv Qərbin əlaqələrini möhkəmləndirsə də, Donald Trampın Ağ Evə qayıtmasından qısa müddət sonra tərəflər arasında münasibətlər getdikcə gərginləşdi:

“Vaşinqtonla Moskva arasında Səudiyyə Ərəbistanında Rusiya-Ukrayna müharibəsinin bitirilməsi və sülh danışıqlarının başlanması yanaşması Avropanın kənarda qalmasına gətirib çıxardı ki, bu, avroatlantik əlaqələrini sarsıtdı. Rusiya-Ukrayna müharibəsində müttəfiqlər eyni geniş məqsədləri bölüşsələr də, lakin onlara nail olmaq üçün əhəmiyyətli dərəcədə fərqli yanaşmalara malikdirlər, bu yanaşmalar isə ziddiyyətlərlə müşahidə olunur. Mövcud ənənəvi əməkdaşlıq forumları isə bu fikir ayrılıqlarını həll etmək iqtidarında deyil. Münasibətlərə mənfi təsir göstərən məqamlardan biri də ABŞ və Avropada 2024-cü ildə keçirilən seçki dövrü idi. Belə ki, avropalı liderlərin əsasən, demokratlara dəstəyi ilə yanaşı, ABŞ rəsmilərinin də Avropadakı sağçılara isti yanaşması münasibətləri daha da kəskinləşdirdi. Münxen Təhlükəsizlik Konfransında ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Avropanı sərt tənqid etməsindən sonra onlar ABŞ-ın "müttəfiq" olmasına şübhəli yanaşmağa başladılar”.
Ekspert söyləyib ki, Cozef Bayden dövründə bütün Avropada rahatlıq olsa da, bu, D.Trampın yenidən seçilməsi ilə köklü şəkildə dəyişməklə, tərəflər arasındakı inamsızlığı artırdı:
“Eyni zamanda, artan ziddiyyətlər Avropa liderlərini NATO-nun gələcəyi və davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı çaşqın vəziyyətə saldı. Bu səbəbdən də bir çox Avropa liderləri narahatdır ki, Donald Trampın müharibəni tez bitirmək istəyi Ukraynanın müvəqqəti atəşkəsi qəbul etməsinə gətirib çıxara bilər ki, bu da Rusiyaya öz gücünü bərpa etməyə imkan verə bilər. Ya da göstərilən milyardlıq yardımlar fonunda Ukrayna böyük güzəştlərə getməyə məcbur qala bilər. Avropalılar isə Rusiyanı Ukraynadan kənarda tutmağa və işğal edilmiş ərazilərdən çıxmasına çalışdıqları üçün müharibənin bu cür bitməsini istəmirlər. Onlar ABŞ-ın da hərbi dəstəyi və siyasi iradəsi ilə Rusiyanın geri çəkilməsinə nail olacaqlarını düşürlər. Bu kimi nüanslara görə Avropa İttifaqı ölkələri Rusiya-Ukrayna arasında danışıqların bir hissəsi olmaqda qərarlılıq göstərirlər. Müttəfiqlərin böyük əksəriyyəti Ukraynanın məğlubiyyətini Aİ-nin maraqları üçün kritik təhdid kimi qiymətləndirir. Ümumilikdə isə hazırda ABŞ-la Aİ arasında transatlantik münasibətlərin gələcəyi, ticarət əlaqələrindəki anlaşılmazlıqlar, Ukraynada potensial atəşkəsə necə yanaşmaq məsələsi barədə təhlükəsizlik problemləri hökm sürür. Tərəflərin münasibətlərinin kəskinləşməsi isə Çinin və Rusiyanın maraqlarına cavab verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm