Avroparlament sosial şəbəkələrdə qeydiyyat yaşının 16 olmasına dair qətnaməni təsdiqlədi

Avropa Parlamenti (AP) sosial şəbəkələrdə qeydiyyat üçün minimum yaş həddinin 16 olmasını təklif edən qətnaməni təsdiqləyib.

Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, təşəbbüsün məqsədi onlayn mühitdə yaşa uyğun istifadəçilərin qarşılıqlı əlaqəsini təmin etməkdir.

Oktyabr ayında dərc edilən sənəd layihəsinə görə, vahid rəqəmsal yaş həddi 16 müəyyən edilib. Bu zaman sosial şəbəkələrə girişə yalnız valideyn və ya qəyyumun razılığı ilə olacaq. Bundan əlavə, video paylaşma platformalarına və xidmətlərə giriş üçün minimum 13 yaş təklif edilir.

Qeyd olunur ki, AP-nin qətnaməsi məsləhət xarakteri daşıyır - məcburi və birbaşa qanunvericilik müddəaları müəyyən etmir. Ehtimal olunur ki, gələcəkdə bununla bağlı müvafiq qanun hazırlasın.