Belarusdakı proseslərdə Rusiya “barmağı”... – “Putin əhalini qıcıqlandırır”
Banuçiçək Kalbalıyeva
15:49 13.08.2020
Dünya
667
“Amma Moskva Belarusa asanlıqla “bata bilməyəcək”
“Ukraynadan fərqli olaraq Belarus parçalanmayıb, mərkəzləşmiş dövlətdir»
“Rusiya əvvəlki gücünü itirib. Odur ki, Putin Ukraynada elədiklərini Belarusda edə bilməyəcək”
Belarusun paytaxtı Minskin müxtəlif hissələrində müxalifət tərəfdarları toplaşmağa başlayıblar. Onlar “Canlı zəncirlər”, xüsusilə, “Puşkinskaya” və “Kamennaya qorka” metrostansiyalarının, həmçinin MUM-un yaxınlığında etiraz aksiyası keçiriblər. Çoxu etiraz aksiyasında ölənlərin xatirəsinə hörmət əlaməti kimi gül-çiçək dəstələri gətirib. Bütün bu narazılıqlar onu deməyə əsas verir ki, həqiqətən, Lukaşenkoya qarşı böyük qəzəb var.
Deməli, politoloqların “Avropanın sonuncu diktatoru” adlandırdıqları siyasətçinin yaxın vaxtlarda “taxtından düşməsi” də gözləniləndir.
Belarusdakı durumu “Sherg.az”a şərh edən politoloq Əhəd Məmmədli qeyd edib ki, proseslərdə Rusiyanın “barmağı” görünür:
“Düzdür, Minskdə ciddi narazılıqlar var. Amma heç də hər kəs Lukaşenkodan narazı deyil. Proseslər tədricən səngiyir. Məncə, Belarus əhalisini Putin qıcıqlandırır. Qərbin məsələyə ehtiyatla yanaşması da məhz bununla bağlıdır. Yəni vəziyyət heç də göründüyü kimi deyil”.
Ə.Məmmədlinin fikrincə, Rusiya Belarusa asanlıqla “bata bilməyəcək”:
“Lukaşenko ağıllı siyasətçidir. Nə etdiyini yaxşı bilir. Həm də Ukraynadan fərqli olaraq parçalanmayıb, vahid, mərkəzləşmiş dövlətdir. Üstəgəl, Rusiya da əvvəlki gücünü itirib. Odur ki, Putin Ukraynada elədiklərini Belarusda edə bilməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Enzo Fernandes "Mançester Siti"də debüt etdi
19:04 05.09.2026
Futbol
Lavrov: Ukraynadakı rusdilli vətəndaşlar üçün hər şeyi edirik
18:46 05.09.2026
Dünya
Çempionlar liqasından sükuta: “Qarabağ” niyə büdrədi?
18:26 05.09.2026
Futbol
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
18:04 05.09.2026
Hadisə
Çin liderinin Məsud Pezeşkiana soyuq münasibətinin səbəbi
18:02 05.09.2026
Dünya
İranda dollar kəskin bahalaşdı
17:58 05.09.2026
Region
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
17:51 05.09.2026
Hadisə
İrandan qisas mesajı: Xameneinin qanı yerdə qalmayacaq
17:34 05.09.2026
Region
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
14:03 05.09.2026
Cənubi Qafqaz