Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər

ABŞ-nin İrana qarşı apardığı və artıq altı aydır davam edən hərbi əməliyyatları Prezident Donaid Trampa səs verən seçicilər arasında ciddi məyusluq yaradıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın əməliyyatın cəmi 4-5 həftə çəkəcəyi barədə bəyanatlarına baxmayaraq, münaqişənin uzanması daxili ictimai rəyə mənfi təsir göstərib. Seçicilər Trampın inflyasiyanı cilovlayacağı və ABŞ-ni xarici münaqişələrə sürükləməyəcəyi vədlərinə ümid bəsləyirdilər.

Siyasi strateqlər Yaxın Şərqdəki bu müharibənin və benzinin bahalaşmasının noyabrın 3-nə təyin olunan Konqresə aralıq seçkilərində Respublikaçılar Partiyasına ağır zərbə vuracağından ehtiyat edirlər. Analitiklər respublikaçıların Konqresin hər iki palatasında çoxluğu itirə biləcəyini, bunun isə demokratlar tərəfindən Tramp administrasiyasına qarşı kütləvi təhqiqatların başlanmasına yol açacağını bildirirlər.