Boliviya müxalifəti “poçtu və teleqrafı” ələ keçirdi - Ordu və polis etirazçıların tərəfinə keçir
07:42 10.11.2019
Dünya
493
Boliviyada prezident seçkilərinin nəticələrinə etiraz edən müxalifət tərəfdarları dövlət radiosunun və televiziyasının yerləşdiyi binanı tutub.
"Sherg.az" virtualaz.org-a istinadən bildirir ki, prezident Evo Moralesin 47 faiz səslə birinci elan edildİyi, oktyabrın 20-də keçirilmiş seçkilərdən sonra küçələrə çıxan müxalifət tərəfdarları bununla da lap leninsayağı hərəkət ediblər.
Evo Morales Tvitter-dən bəyan edib ki, dövlət "Red Patria Nueva" radiosunun və Bolivia TV milli televiziyasının binasını tutan etirazçılar jurnalistlərə işləməyə imkan verməyiblər. "Müxalifət bildirir ki, demokratiyanı müdafiə edir, amma onlar diktatura mövqeyindən çıxış edirlər", - Morales bildirib.
Oktyabrın 20-də keçirilən seçkilərdə müxalifətin namizədi Karlos Mesanın 37 faiz səs yığdığı açıqlanıb. Lakin Mesa nəticələrin saxtalaşdırıldığını və Moralesin dördüncü dəfə prezident olmaq üçün ikinci turun keçirilməsinə mane olduğunu bildirir.
Həmin vaxtdan müxalifət tərəfdarları küçələrdədir və davamlı etirazlar keçirir. Son məlumata görə, prezident iqamətgahının mühafizəsini həyata keçirən polislər xidmətdən imtina ediblər. Bəzi şəhərlərdə isə polis özü etirazçıların sıralarına qoşulub, onlar maaşlarının artırılmasını tələb edir. Habelə Boliviya ordusu etirazçılara qarşı güc tətbiq etməyəcəyini bildirib. Hərbi komandanlığın nümayəndəsi, general Uilyams Kaliman bəyan edib ki, hərbçilər situasiyaya qarışmaq niyyətində deyil. "Biz heç vaxt birlikdə yaşadığımız insanlara qarşı çıxmayacağıq", - general bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət