Böyük Britaniya Rusiyanın Yantar okeanoqrafiya gəmisini izləmək üçün qırıcılarını havaya qaldırıb.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Healey bildirib.
“Mən Yantarın hərəkətini yaxından izləmək üçün ordumuza göstəriş verdim. Bizim hərbi seçimlərimiz hazırdır”, - müdafiə naziri vurğulayıb.
Yantarın Şotlandiyanın şimalında Britaniya sularının yaxınlığında yerləşdiyi iddia edilir. Bu, son bir ildə ikinci dəfədir ki, Rusiya gəmisi Britaniya sularına daxil olur.
Healey daha öncə Rusiya ekipajını sualtı rabitə kabellərinin xəritəsini çəkməkdə və RAF pilotlarına lazer şüalarını yönəltməkdə ittiham edib.