Bu il Putin Ərdoğanla 10 dəfə telefonla danışıb
16:07 30.08.2023
Dünya
543
Moskva ilə Ankara arasında siyasi dialoq əlverişsiz beynəlxalq vəziyyətə və üçüncü dövlətlərin təzyiqlərinə baxmayaraq, intensiv şəkildə inkişaf edir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Türkiyə XİN başçısı Hakan Fidanın avqustun 31-də Sergey Lavrovla aparacağı danışıqlar öncəsi yaydığı məlumatda bildirilib.
"Bu il Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında müntəzəm əlaqə məsafədən həyata keçirilib. 10 dəfə telefon danışığı baş tutub. Sonuncusu avqustun 2-də olub. Aprelin 27-də prezidentlər “Akkuyu” AES-in 1 saylı enerji blokuna nüvə yanacağının verilməsi münasibətilə təntənəli mərasimdə videokonfrans formatında iştirak ediblər. 2022-ci ildə dövlət başçıları dörd təkbətək görüş keçiriblər (5 avqust Soçidə, iyulun 19-da Tehranda, 16 sentyabrda Səmərqənddə, 13 oktyabrda Astanada).
Dövlət başçılarının müəyyən etdiyi ikitərəfli kommunikasiya tempi Rusiya və Türkiyənin xarici işlər nazirləri tərəfindən fəal şəkildə dəstəklənir. 2023-cü ildə Sergey Lavrovun Türkiyənin keçmiş xarici işlər naziri M.Çavuşoğlu ilə üç şəxsi görüşü olub: martın 1-də Yeni Dehlidə G20 Nazirlər Şurası çərçivəsində, aprelin 6-7-də Ankarada və mayın 10-da Moskvada", - deyə Rusiya XİN-nin məlumatında qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birlikdə idman edən cütlüklər daha xoşbəxtdirlər - Araşdırma
07:17 19.08.2026
Sağlamlıq
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
06:44 19.08.2026
Cəmiyyət
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol