İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu

İsrailin Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı Əş-Şati qaçqın düşərgəsinin yaxınlığında HƏMAS-ın bir neçə yüksəkvəzifəli komandirinə qarşı hücum həyata keçirib.

Axar.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrailin qoşunlarına hücumlar planlaşdıran HƏMAS-ın Nuhba xüsusi təyinatlı qüvvələrinin komandirlərinin görüş keçirdiyi yer hədəfə alınıb.

Ölənlərin və yaralananların olub-olmaması barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, bu gün İsrail “İslami Cihad” təşkilatının təchizat bölməsinin komandiri Tarik Ənvər Hamis Rəiyi də öldürüb.