"Çin Rusiyadan da texnologiya oğurlayır" - ŞƏRH
Fidan Həmişəyeva
12:21 30.07.2020
Dünya
673
"Deməli, Amerikaya olduğu kimi Rusiyaya da Çindən təhlükə realdır"
Dünyanın silah bazarında ciddi yarış gedir. Ən böyük silah və hərbi texnika istehsal edən ölkələr bu yarışda geri qalmaq istəmirlər. Bu sırada Rusiya da var. Rusiyada iqtisadi və sosial problemlərin həlli müxtəlif səbəblərdən mürəkkəb olsa da, bu ölkənin hərbi-sənaye kompleksinin inkişafında artım dinamikası var. Bir çox ölkəni Rusiyanın istehsal etdiyi "S-400" raketləri maraqlandırır. Məsələn, tarixdə ilk dəfə olaraq Rusiya NATO üzvü olan ölkəyə - Türkiyəyə bu raketləri satdı.
Növbədə Hindistandır. Bu ölkədə də Rusiyadan müasir raket komplekslərini almağa hazırlaşır. Hindistan "S-400" raket komplekslərinə görə Rusiyaya 5 milyard dollar ödəməyi boyun olub. Bu məbləğin 800 milyon dolları ötən il ödənilib.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu“Sherg.az”a bildirib ki, Rusiyadan "S-400" raketini almaq istəyən dövlətlər arasında Çin də var. Analitikin sözlərinə görə, son 20 ildə Çin Rusiyanın əsas strateji tərəfdaşlarından birinə çevrilib:
“Geosiyasi məsələlərdə bu iki dövlətin mövqeləri üst-üstə düşür. BMT Təhlükəsizlik Şurasının 5 üzv dövlətindən ikisi olan Rusiya və Çin bu beynəlxalq təşkilatda da bir-birlərinə dəstək verir, ABŞ və Avropa dövlətlərinin müxtəlif qətnamələrini birgə bloklayırlar.
Çin də Türkiyə kimi Rusiyadan "S-400" raketlərini almaq istəyib. Bir neçə il danışıqlar gedib. Ancaq hazırda danışıqların düyünə düşdüyünə dair xəbərlər var. Raketlərin satışının gecikməsi maliyyə ilə əlaqəli deyil. Buna səbəb Çinin tərəfdaş saydığı Rusiya ərazisində kəşfiyyat işlərini genişləndirməsidir. Bu ilin iyun ayında Sankt-Peterburq Elmi Akademiyasının 78 yaşlı akademiki Valeriy Mutko həbs olunub. Rusiyalı alim ölkəsində gizli şəkildə təcrübəsi davam edən modern silahları haqqında məlumatlar illərdir Çinə ötürürmüş. Həmin alim vətənə xəyanət maddəsi ilə həbs olunub.
Bu hadisə Rusiyanın hakim siyasi elitasında geniş rezonans doğurub. Çin Amerikada kəşfiyyat çalışmalarını genişləndirəndə və buna görə Vaşinqton Pekini ittiham edəndə Rusiyada buna əhəmiyyət vermirdilər. Düşünürdülər ki, Çin Amerikanı özünə rəqib görür və bir ölkənin rəqib saydığı ölkədən elmi və kəşfiyyat məlumatlarının oğurlanması adi haldır”.
E.Şahinoğlu qeyd edib ki, Çinin müvafiq stukturları strateji tərəfdaş saydığı Rusiyadan da elmi və kəşfiyyat məlumatları oğurlayırlarsa, deməli, Amerikaya olduğu kimi Rusiyaya da Çindən təhlükə realdır:
“Görünür, Çin Rusiyadan müasir silahlar almaqdansa, həmin silahların texnologiyasını oğurlamaqda maraqlıdır. Çin bu halda həmin silahları özü istehsal edəcək. Necə ki, Çin digər istehsal sahələrini də başqalarının texnologiyalarını müxtəlif yollarla əldə etmək hesabına reallaşdırır.
Bu arada, rəsmi Dehli də Hindistan ərazisində fəaliyyət göstərən Çinin informasiya texnologiyaları sahəsində çalışan şirkətlərinə və mobil əlavələrinə qarşı qadağa tətbiq edib.
Digər dövlətlər kimi Hindistan da həmin şirkətlərin Çin tərəfindən kəşfiyyat məqsədləri ilə istifadə edildiyindən şübhələnir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm