Çinin kosmosa uçacaq növbəti astronavtları müəyyənləşib
16:04 30.10.2025
Dünya
356
Çinin kosmik stansiyasında fəaliyyət göstərəcək növbəti astronavtlar qrupu - “Şencou-21” (Shenzhou-2) missiyasının üzvləri məlum olub.
AZƏRTAC Çinin Kosmos Agentliyinə istinadla xəbər verir ki, “Şencou-21” missiyası astronavtlar Can Lu (pilot və heyətin kapitanı), U Fey (uçuş mühəndisi) və Can Honcandan (yükləmə mütəxəssisi) ibarət olacaq. Oktyabrın 30-u astronavtlar ictimaiyyətə təqdim olunub. Can Lu 2 il əvvəl kosmik stansiyada olub. Digərləri isə ilk dəfə kosmosa uçacaqlar.
“Şencou-21” missiyasının oktyabrın 31-də kosmosa yola salınması nəzərdə tutulub. Onlar kosmik stansiyada təxminən 6 ay fəaliyyət göstərən “Şencou-20”nin astronavtlarını əvəzləyəcəklər. Bu, Çinin 37-ci, kosmik stansiya üçün isə 6-cı astronavt missiyasıdır.
Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzini və heyətin yaşayış yerini əhatə edən əsas modul olan “Tianhe”dan və “Wentian” və “Mengtian” adlı iki laboratoriya modulundan ibarətdir. “Tianhe” 2021-ci ilin aprelində, laboratoriya modulları isə 2022-ci ilin aprelində və oktyabrında kosmosa çıxarılaraq quraşdırılıb.
Ümumi çəkisi 70 ton təşkil edən stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərir. Kosmik stansiyanın 15 ildən çox istifadə olunması nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya