CNN, MS NOW və "Politico" Tramp administrasiyasına qarşı iddia qaldırdı

ABŞ-nin 3 əsas xəbər qurumu - CNN, MS NOW və "Politico" jurnalistlərinin Ağ Evə girişinin məhdudlaşdırılması ilə əlaqədar ABŞ Prezidenti Donald Trampın administrasiyasına qarşı iddia qaldırıb.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Media qurumları bu addımın Birinci Düzəlişi pozduğunu və onların apardıqları işıqlandırmaya görə hədəfə alındıqlarını bildiriblər.

Donald Tramp isə qadağanı onun haqda mənfi məqalələr dərc edən KİV-ləri Ağ Evə buraxmaq məcburiyyətində olmadığını deyərək müdafiə edib.

Qeyd edək ki, sentyabrın 19-da D. Tramp CNN, MS NOW və "Politico" üçün Ağ Evə girişin qadağan edildiyini elan edib.