Davutoğlu bu gün ifadə verəcək

Türkiyənin sabiq Baş naziri Əhməd Davutoğlu Prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etmək ittihamı ilə başlanmış araşdırma çərçivəsində bu gün Ankara Ədliyyəsində şübhəli şəxs qismində ifadə verəcək.

Sherg.az xəbər verir ki, Ankara Baş Prokurorluğu sosial şəbəkələrdə Prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi hesab edilən paylaşımlarla bağlı Əhməd Davutoğlu barəsində Türkiyə Cinayət Məcəlləsinin 299/1-ci maddəsi əsasında araşdırma başladıb.

Baş Prokurorluğun açıqlamasında Davutoğlunun 62-ci, 63-cü və 64-cü Türkiyə Respublikası hökumətlərinin Baş naziri və ləğv edilmiş Gələcək Partiyasının sədri olduğu qeyd edilərək, onun barəsində “Prezidenti təhqir etmə” maddəsi ilə istintaq aparıldığı bildirilib.

İstintaq çərçivəsində Davutoğlunun bu gün günortadan sonra şübhəli şəxs qismində ifadə verməsi gözlənilir.

Bundan başqa, YENİ Partiyanın sədri Özgür Özəlin ifadəyə getməzdən əvvəl Davutoğluna telefonla zəng edərək həmrəylik mesajı verdiyi bildirilib.