İqlim dəyişikliyi hər il yüz minlərlə insanın ölümünə səbəb olur

İqlim dəyişikliyi nəticəsində yaranan ekstremal istilər və quraqlıq insan sağlamlığı üçün təhlükəni artırır.

Sherg.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, “The Lancet” jurnalının 2026-cı il hesabatına görə, 2016–2023-cü illərdə dünyada hər il orta hesabla 540 mindən çox insan həddindən artıq isti hava səbəbindən həyatını itirib. 2023-cü ildə bu rəqəm 710 minə yaxın olub.

Hesabatda həmçinin bildirilir ki, 2025-ci ildə istilər səbəbindən dünya iqtisadiyyatı 1 trilyon dollardan çox potensial gəlir itirib.

Tədqiqatçılar iqlim böhranının qlobal sağlamlıq fövqəladə vəziyyəti kimi qəbul edilməsinə çağırıblar.