Rusiya hərbçiləri Zaporojye vilayətində Ukrayna ordusunun əsir götürdüyü beş əsgərini güllələyiblər.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq qrupu məlumat yayıb.
“Əldə etdiyimiz məlumata görə, düşmən əsgərləri meşə zolağında əsir götürüblər. Onları sıraya düzüb, sorğu-sualdan sonra güllələyiblər”, - məlumatda deyilir.
Monitorinq qrupu hadisəni hərbi cinayət və beynəlxalq hüququn kobud formada pozulması kimi qiymətləndirib.