Dövlət başçısı özü paylaşdı: O foto dünyanı sarsıtdı
12:12 12.11.2019
Dünya
831
Dövlət çevirilişindən sonra Meksikaya sığınan Bolivya lideri Evo Morales, Twitter hesabından "Meksikaya gedirəm. Qardaşlarıma həyatımızı qurtardıqlarına görə minnətdaram" yazıb.
Dünən Bolivyadan ayrılmayacağını açıqlayan, ancaq daha sonra qərarını dəyişdirən Morales, Twitter mesajının davamında siyasi səbəblərlə ölkədən ayrılmağın onu üzdüyünü, amma daha güclü şəkildə geri dönəcəyini söyləyib.
Sherg.az xarici mediayaya istinadən xəbər verir ki, təyyarədə çəkilmiş fotonu isə Meksika Xarici işlər naziri Marcelo Ebrard tərəfindən paylaşılıb. Ebrard, əlində Meksika bayrağı tutan 60 yaşlı Moralesin etibarlı yerdə olduğunu ifadə edib.
Moralesin ölkədən ayrıldığı dəqiqələrdə tərəfdarları paytaxt La Paz və digər şəhərlərdə küçəyə çıxıb. Beynəlxalq xəbər agentlikləri, şiddətli qarşıdurmaların şəkillərini dünyaya yayıb.
Bütün bunlar olarkən Latın Amerikasının ən uzun müddət vəzifədə qalan və ilk yerli dövlət başçısı Evo Moralesin Twitter hesabından dünyanı sarsıdan bir fotosu paylaşıldı.
Şəkilin harada çəkildiyi bilinmir. Morales üzərində ədyal yerə uzanmış haldadır, üstündə isə bənövşəyi rəngdə çadır var. Bolivya lideri əlindəki telefonla məşğuldur.
Morales, "Bu, çevrilişlə vəzifəmdən ayrıldığım sonrakı ilk gecəmdir. Mesa və Camacho polisə kömək edərək çevrilişi reallaşdırdı. Lider olduğum günləri xatırladım. Məni qoruyan və güdən qardaşlarıma minnətdarım" deyə yazıb.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət