Əbu-Dabidəki neft-kimya zavodunda YANĞIN

Əbu-Dabidəki "Borouge" neft-kimya zavodunda Hava Hücumundan Müdafiə (HHM) sistemləri tərəfindən vurulmuş hava hədəflərinin qalıqlarının düşməsi nəticəsində yanğın baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə BƏƏ paytaxtının hökuməti "X" sosial şəbəkəsində məlumat yayıb.

"Ziyanın qiymətləndirilməsi müddətində obyektdə işlər dərhal dayandırılıb. Xəsarət alanlar barədə məlumat daxil olmayıb", - deyə paylaşımda qeyd olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülür. Hökumət yanğına səbəb olan hava hədəflərinin qalıqları barədə əlavə məlumat verməyib.