
Ərdoğan Afinaya gedəcək: İki ölkə arasındakı buzlar əriyir?
10:42 06.12.2023
Dünya
461
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də Afinaya səfər edəcək.
Türkiyə liderinin səfər proqramına Yunanıstan Prezidenti Katerina Sakellaropoulou və baş nazir Kiriakos Mitsotakis ilə görüşlər daxildir. Sonra iki ölkənin Əməkdaşlıq Şurasının plenar iclası olacaq.
Tərəflərin miqrasiya məsələsi də daxil olmaqla ən azı 20 saziş imzalaması planlaşdırılır.
Qeyd edək ki, bu, son yetmiş ildə Yunanıstana Türkiyə tərəfindən dövlət başçısı səviyyəsində ikinci səfər olacaq (birinci səfəri də 2017-ci ildə Ərdoğan gerçəkləşdirib). Türkiyə lideri bütün fikir ayrılıqlarına baxmayaraq, iki ölkə arasında münasibətlərdə yeni səhifə açmaq arzusunda olduğunu bildirib.
Yunanıstan polisi artıq ictimai təhlükəsizlik baxımından Ərdoğanın səfəri günü hər hansı ictimai toplantıları qadağan edib. Bundan başqa, 3,5 mindən çox polis təhlükəsizliyin təmin edilməsi üçün cəlb olunacaq. Türkiyə liderinin kortejinin keçidi zamanı yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Beynəlxalq hava limanında təhlükəsizlik tədbirləri gücləndiriləcək. Vəziyyət helikopterlər və dronlardan istifadə etməklə havadan izlənəcək.
Mövzu ilə bağlı "Sherg.az"a danışan türk siyasətçi və yazar Aydın Sezer bildirib ki, Türkiyə və Yunanıstan arasındakı əlaqələr baxımdan Rəcəb Tayyib Ərdoğanın Afinaya səfəri çox önəmlidir:

"Türkiyənin həm şərqi Aralıq dənizində xüsusilə Kipr məsələsində, həm də Əgədə Yunanıstanla yaşadığı bir çox qarışıq problemlər mövcuddur. Dolayısı ilə bu problemlərdə Yunanıstan hər zaman Avropa Birliyinin dəstəyilə Türkiyəyə qarşı sərt siyasət xətti gündəmə gətirib. Təbii ki, Türkiyə də eyni sərtlikdə cavab verdiyinə görə son illərdə ikili münasibətlər olduqca gərginləşib. Bu problemli əlaqələr yeni deyil. 1950-ci illərdən bu günə qədər davam edən, dərinliyi getdikcə artan qarışıq və texniki problemlərdir. Bunların görüşmələr yolu ilə həlli olduqca çətindir.
Amma Türkiyə həmişə siyasi dialoqdan yana olub. Buna müvafiq olaraq Yunanıstan da bəzən siyasi dialoqdan yana, bəzən isə Beynəlxalq Ədalət Məhkəməsinə gedərək problemlərin həlli yolunda strategiya müəyyən edib. Bu dönəm Yunanıstanda da idarəetmə Türkiyə ilə münasibətlərin siyasi zəmində görüşlər yolu ilə həlli məsələsində qərarlı görünür. Əlbəttə, Əgədəki texniki problemlərə yönəlik həll yolu tapılmayacaq. Amma iki ölkə arasındakı anlayış və dialoqun davam etməsi Türkiyə baxımdan çox önəmlidir. Türkiyə Yunanıstan ilə danışıqlar halında olduqda Avropa birliyi ilə əlaqələrində də vacib yol formalaşacaq. Eyni zamanda imzalanacaq razılaşmalar iki ölkə arasındakı iş birliyini artırmaya yönəlik məsələlərdir. Yəni artıq Türkiyə və Yunanıstan pozitiv gündəm çərçivəsində bir araya gəlirlər. Mövcud problemlərin həlli zaman alsa da, iki ölkə arasındakı dostluq və iş birliyi baxımdan bu səfər çox vacibdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə Böyük Həcc ziyarəti bu vaxt başlayacaq
20:02 22.05.2026
Cəmiyyət
Kim Çen In İlham Əliyevi təbrik edib
19:40 22.05.2026
Rəsmi
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib
19:33 22.05.2026
Rəsmi
BƏƏ Prezidenti Azərbaycan liderini təbrik edib
19:26 22.05.2026
Rəsmi
"Sabah" mövsümü qalib başa vurub
19:19 22.05.2026
Futbol
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya
Sumqayıt-Bakı istiqamətində yol çökdü
16:38 22.05.2026
Hadisə
Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam! - Deputat
16:23 22.05.2026
Gündəm
TDT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib
16:19 22.05.2026
Gündəm