İsmayıllıda kanaldan 77 yaşlı kişinin meyiti tapıldı

İsmayıllıda Şirvan kanalından 77 yaşlı kişinin meyiti tapılıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Şirvan kanalının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Göyçay sakini, 77 yaşlı Tahir Quliyevin meyiti kanalda aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.