Ərdoğan: Türkiyə hərbi təyyarəsinin qəza səbəbi araşdırılır

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğramasının səbəbini müəyyənləşdirmək üçün hərtərəfli araşdırmalar davam edir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) hakim partiyanın parlament fraksiyasının iclasında çıxışı zamanı bildirib.

"Təyyarənin qəzaya düşmə səbəbinə dair araşdırmalar davam edir. Milli Müdafiə Nazirliyi araşdırmalar başa çatdıqdan sonra nəticələri ictimaiyyətə açıqlayacaq",- o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın Azərbaycanla dövlət sərhədindən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyəyə uçurdu.

Təyyarənin göyərtəsində olan 20 hərbçi qəza nəticəsində həlak olub.