
Ərdoğanən Bağdad səfəri: Türkiyə İraqda PKK-nı tam bitirmək istəyir
Ərdoğanən Bağdad səfəri: Türkiyə İraqda PKK-nı tam bitirmək istəyir
Yusif Sultanoğlu
05:30 23.04.2024
Dünya
465
Ankara hazırda həm İsrail-İran müharibəsindən, həm də Qəzzadakı məsələdən narahatdır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqa rəsmi səfər edib. Səfər çərçivəsində, o, Bağdadda İraq Prezidenti Əbdüllətif Rəşid ilə görüşüb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bağdadda İraq rəhbəri Əbdül Lətif Rəşid ilə “İnkişaf Yolu” nəqliyyat layihəsinə dair müqavilə imzalayıblar. Sənədin mahiyyəti və hansı sahələri əhatə etdiyi açıqlanmayıb. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 il sonra İraqa gedib. Ankara Bağdad və Ərbillə bir müddətdir ciddi danışıqlar aparırdı. Danışıqların əsasını isə İraq Kürdüstanında terrorla mübarizə üzrə birgə Əməliyyat Mərkəzinin strukturu və fəaliyyət göstərməsi, İraqın şimalında 30-40 km dərinliyə qədər daimi türk bazalarının yaradılması və PKK-nın əsas bazalarının yerləşdiyi Hakurk, Metina, Zap və Qara rayonlarında təhlükəsizlik zonalarının yaradılması təşkil edirdi.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, prinsip etibarilə Türkiyə son illərdə həm İraqda, həm də Suriyada apardığı antiterror əməliyyatları ilə PKK-ya, habelə PYD, YPG-ya qarşı ciddi zərbə vurub. PKK bu əməliyyatlar sonrası hələ də özünə gələ bilməyib. Analitik vurğulayıb ki, Ankara vəziyyətdən istifadə edib İraqda PKK-nı tam bitirmək istəyir:
"Bu istiqamətdə Ərbil və Bağdad ilə ortaq hərəkət etməsi isə keçiriləcək yeni əməliyyatların effektivliyini artıracaq. İsrail-İran gərginliyi bütövlükdə Yaxın Şərqi təhlükəyə atır. Bu həm də, region ölkələrinin təhlükəsizliyi baxımından ciddi problemdir. Ankara regional və geosiyasi maraqları çərçivəsində prosesin böyüməsini istəmir. Mümkündür ki, imzalanacaq 30-a yaxın sazişin içərisində İranla bağlı məqam da var. Rəsmi Tehranın İraqda proksi qüvvələri var. Tehran İraq ərazisini Suriya, Yəmən, Fələstin və Livandakı proksi qüvvələrinə silah və digər yardımlar üçün istifadə edir. Xüsusilə İraqdan Suriyaya külli-miqdarda silah-sursat göndərilir. Bu silahlar daha sonra Hizbullaha, HƏMAS-a çatdırılır. Türkiyə hazırda həm İsrail-İran müharibəsindən, həm də Qəzzadakı məsələdən narahatdır. Prinsip etibarilə Ankara Qəzza məsələsinin sülh yolu ilə həllində maraqlı olsa da hazırkı gərginliyin İran tərəfindən başladığını bilir. Mümkündür ki, Ankara İraqla, İrana məxsus silahların Suriyaya, ordan da digər proksilərə göndərilməsinin qarşısını almaq üçün gizli saziş imzalasın".

Ekspertin sözlərinə görə, Türkiyə Avropaya qaz nəqlinə əsas ötürücü ölkədir və bunu inkişaf etdirmək istəyir:
"Rəsmi Ankara Bakı ilə TANAP layihəsini icra edib. Bu layihə ilə bu gün Azərbaycan Avropa bazarına mavi qaz nəql edir, Ankara isə əsas daşıyıcı ölkə kimi çıxış edir. Keçən ilin 25 sentyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin təməli qoyuldu. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması sonrası icra ediləcək yeni layihə gələcəkdə bu layihə ilə birlikdə Türkiyəyə uzanacaq. Yəni Türkiyə ərazisindən ikinci TANAP bənzəri bir layihə icra ediləcək. Türkiyə bu layihənin daha effektiv olması üçün İraqla və Kürdüstanla danışıqlar aparır. Yəni İraq Kürdüstanın qazı gələcəkdə İğdır-Naxçıvan qaz kəmərinə birləşməsi hədəflənir. Bu reallaşarsa, Ankara Avropanın mavi qaz təchizatında ciddi paya sahib ola bilər. Prinsip etibarilə rəsmi Bakının da son illərdə Ərbil, Bağdad ilə yaxınlaşması bu ortaq məqsəd ilə bağlıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naxçıvanın inkişafı üçün 258 milyon manat ayrıldı
10:22 12.08.2026
Gündəm
37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib
10:17 12.08.2026
Cəmiyyət
Simonyan üçüncü dəfə evlənir - Paşinyan toya gələcəkmi?
09:56 12.08.2026
Region
Yol polisi uşaqlarla bağlı hərəkət iştirakçılarına müraciət edib
09:42 12.08.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 96 dollara yaxınlaşır
09:38 12.08.2026
İqtisadiyyat
Yuxuda qapının açılmaması nə deməkdir?
08:48 12.08.2026
Maraqlı
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol