Əş-Şaraa Suriyadakı kürdlərin liderini özünə müşavir təyin edib

Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa “Suriya Demokratik Qüvvələri”nin (SDF) kürd birləşmələrinin lideri Məzlum Əbdini özünə müşavir təyin edib.

Sherg.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

“Prezident Əhməd əş-Şaraa cümə axşamı Müstəfa Xəlil Əbdi, daha çox Məzlum Əbdi kimi tanınan şəxsi respublika prezidentinin müşaviri təyin edən fərman imzalayıb”, - deyə məlumatda bildirilir.

Avqustun 25-də Əbdi silahlı dəstələrin buraxıldığını və kürd hərbi, təhlükəsizlik və inzibati strukturlarının Suriyanın dövlət institutlarına inteqrasiyasının başa çatdığını elan edib.

Bu qərar kürd tərəfi ilə Suriya hakimiyyəti arasında bir neçə ay davam edən danışıqların nəticəsi olub.