"Finlandiya modeli" Rusiya - Ukrayna savaşına tətbiq oluna bilər -RƏY
Yusif Nəzərli
03:15 21.08.2025
Dünya
447
Turan Rzayev: "Trampın Putinə “realist olmağı” tövsiyə etməsi həm Rusiya, həm də Ukrayna üçün kompromislərin vacibliyinə işarədir"
ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Rusiya lideri Vladimir Putinə ərazi tələblərinin birbaşa Ukrayna Prezidenti Volodimir Zelenski ilə müzakirə edilməli olduğunu deyib. Amerika prezidenti həmçinin Rusiya liderinə bu məsələdə “realist” olmağı tövsiyə edib. Eyni zamanda qeyd edilir ki, Trampın Ağ Evdə Zelenski və Avropa liderləri ilə görüşünün əsas mövzusu təhlükəsizlik zəmanətləri olub. ABŞ və AB etiraf edir ki, Putin üçün ən çətin şey Avropa qoşunlarının Ukraynada olmasına razılıq vermək, Zelenski üçün isə mümkün ərazi güzəştləri məsələsi olacaq. Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə Moskvada görüş keçirməyi təklif edib. Bildirilib ki, Putin müvafiq təkliflə ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı təklif edib. Lakin Zelenski bu təklifə rədd cavabı verib. Liderlərin başqa məkanlarda görüşəcəyi ehtimalları da səsləndirilir. Lakin görüşün ümumiyyətlə baş tutmayacağını iddia edənlər də var.
Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, Trampın “ərazi məsələlərinin Zelenski ilə müzakirəsi”ni təklif etməsi problemi tərəflərin öz razılığına buraxması təəssüratı yaratsa da, belə deyil. Məsələ ondadır ki, Tramp öncə Alyaskada Putinlə, daha sonra Vaşinqtonda Zelenski və Avropa İttifaqı liderləri ilə danışıqlar apardı. O, həm tərəfləri dinlədi, həm də istisna deyil ki, avropalı liderlərə niyyətini bəlli etdi:
"Hazırda iki əsas məsələ gündəmdədir və Tramp bunu həll etmək istəyir. Birincisi, ərazi məsələsində güzəştə gedilməsi, ikincisi, təhlükəsizlik zəmanətləridir. Trampın Putinə “realist olmağı” tövsiyə etməsi həm Rusiya, həm də Ukrayna üçün kompromislərin vacibliyinə işarədir. Bundan başqa, onun Ağ Evdə Zelenski və Avropa liderləri ilə görüşünün əsas mövzusu təhlükəsizlik zəmanətləri olub. Aydındır ki, həm Putin üçün Avropa qoşunlarının Ukraynada olmasına razılıq vermək, həm də Zelenski üçün mümkün ərazi güzəştləri məsələsi çətindir. Çünki bu, daxili və xarici siyasət baxımından ciddi nəticələrə səbəb ola bilər. Lakin Trampın da mövqeyi aydındır: hər iki tərəfə kompromisin qaçılmazlığını xatırladır. Ümumiyyətlə, hazırda münaqişənin sabit həllə doğru yönəlməsi zəruridir. Bunun üçün isə tərəflərin öz daxili ictimaiyyətinə izah edə biləcəyi bir siyasi model lazımdır".
Siyasi şərhçi vurğulayıb ki, son zamanlar "Finlandiya modeli" kimi tanınan Kareliya nümunəsi tez-tez gündəmə gəlir:
"Finlandiya modeli İkinci Dünya müharibəsi zamanı Finlandiya ilə Sovet İttifaqı arasında baş verən müharibənin sonunda, xüsusilə 1940-cı ildə bağlanan sülh müqaviləsinə əsaslanır. Bu müqavilə ilə Kareliya bölgəsinin bir hissəsi Sovet İttifaqının nəzarətinə keçdi. Düzdür, bu itki Finlandiya üçün asan qəbul olunmasa da, ölkə beynəlxalq hüquqi müstəqilliyini və siyasi sabitliyini qorumağı üstün tutdu. Finlandiya həmin əraziyə faktiki nəzarəti itirsə də, dövlətin bütövlüyü və gələcəyi naminə kompromisə getdi və bu, uzunmüddətli strateji sabitlik yaratdı. Hətta Finlandiya 2023-cü ilə qədər NATO-ya üzv olmadı, amma Qərblə sıx iqtisadi və siyasi əməkdaşlıq quraraq təhlükəsizliyini daxildən möhkəmləndirdi. Tramp hazırda “realist kompromis” və təhlükəsizlik zəmanətləri əsasında dialoqa çağırışlar çıxış edir. Yəni terminoloji olaraq “Finlandiya modeli” demir, amma yanaşmaları və çağırışları bu modelə çox bənzəyir. Ümumiyyətlə, ərazi güzəşti məsələsi gündəmə gələndə daha çox Ukraynanın nə itirəcəyi müzakirə edilir. Halbuki əsas məsələ Kiyevin nəyi qoruya biləcəyi olmalıdır. Finlandiyanın Kareliya güzəştindən sonra keçdiyi yol – güclü, sabit və rifahlı bir Avropa dövləti kimi formalaşması - Ukrayna üçün bir presedent ola bilər. Bu, hər iki tərəf üçün acı, lakin işlək bir formul ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm