Fotosunu paylaşdı: Güllələr üzərinə yağdı
Yusif Sultanoğlu
13:39 12.05.2024
Dünya
477
Lyüks restoranda axşam yeməyinin fotolarını paylaşmasıyla güllənməsi arasında sadəcə bir neçə dəqiqə keçən model Lendi Paarraganın öldürülməsində şübhəli şəxslər axtarılır.
“Sherg.az” Milliyet.com.tr”yə istinadən bildirir ki, 23 yaşlı L.Paarraga Ekvadorda gözəllik yarışmasının iştirakçısı olub. Dəvət edildiyi bir axşam yeməyi zamanı fotosunu çəkib instagramda paylaşan model bir neçə dəqiqə sonra elə həmin restoranda güllələnib. Fotosunu paylaşmaqla model qatillərinə özü də fərqində olmadan yerini xəbər verib. Üzü maskalı 2 nəfər restorana gəlib, biri qapıda dayanıb, digəri içəri keçərək gözəl modelin əyləşdiyi masaya yaxınlaşaraq tapançanı çıxarıb və qadına güllə yağdırmağa başlayıb. Modelin masasında əyləşən başqa bir adamı da güllələyiblər. Model yerə yıxılıb, amma qatil güllələri boşaltmaqda davam edib. Model yerdə qıvrılırkən qatil və onunla birlikdə restorana gələn şəxs məkanı sakitcə tərk ediblər. Polis axtarışlara başlayıb.
23 yaşlı modelin lyüks həyatının arxasında qaranlıq məqamlar olduğu üzə çıxıb. Onun 2022-ci ildə vəfat etmiş narkobaron, narkotik maddə qaçaqmalçısı Leandro Norero ilə əlaqələrinin olması bildirilir. Deyilənə görə, modelə lyüks villa, avtomobil, qızıl-zinət əşyalarını, külli miqdarda xərcliyi məhz narkobaron verirdi. Model hətta mütəşəkkil cinayətlərdə iştirakda da şübhəli bilinib. Bank hesabları prokurorluq tərəfindən araşdırılıb. İngiltərə mediasının yazdığına görə, əvvəllər həbs edilmiş narkobaron öz vəkilinə “həyat yoldaşım model qadınla bağlı heç nə bilməməlidir. Bilsə, məhv olaram, dünya başıma yıxılar”, söyləyib. Belə mülahizə də var ki, gənc modeli öldürtdürən narkobaronun həyat yoldaşı da ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya
Ramazan bayramı namazının vaxtı açıqlanıb
12:19 16.03.2026
Cəmiyyət
Xüsusi karantin rejiminin müddəti uzadılıb
12:18 16.03.2026
Aktual