G7 ölkələri süni intellektdən məsuliyyətli istifadəyə dair razılığa gəliblər
07:42 30.04.2023
Dünya
515
“Böyük Yeddilik” (G7) ölkələri süni intellektin tətbiqlərinin artması fonunda bu cür texnologiyalardan məsuliyyətli istifadə üçün beş prinsip üzərində razılığa gəliblər.
Bu barədə G7-nin rəqəmsal və texnologiya departamentləri rəhbərlərinin Yaponiyanın Takasaki şəhərində keçirilən görüşünün yekunları üzrə qəbul edilmiş fəaliyyət planında deyilib.
Sənəddə göstərilən 5 prinsip bunlardır: qanunun aliliyi, qanuni prosedurlara əməl olunması, innovasiya imkanlarından istifadə, demokratiya və insan hüquqlarına hörmət. “Biz demokratik dəyərlərə xələl gətirən, azad sözü boğan və insan haqlarını təhdid edən süni intellektdən sui-istifadəyə qarşıyıq”, - nazirlərin bəyanatında bildirilib.
İclasın gündəliyinə süni intellektdən istifadə ilə bağlı məsələlərin daxil edilməsi qərarı onlara əsaslanan bu cür texnologiya və xidmətlərin, məsələn, “ChatGPT” çat botunun populyarlığının artması ilə bağlıdır. Bununla əlaqədar olaraq, G7 ölkələri qərəz və dezinformasiyanın, müəllif hüquqlarının pozulmasının və süni intellektin digər zərərli istifadələrinin yayılmasının qarşısını almaq yollarını araşdırır.
Amerikanın “OpenAI” şirkətinin “ChatGPT” proqramı 2022-ci ilin sonunda istifadəyə verilib. Xidmət istifadəçi ilə dialoq rejimində qarşılıqlı əlaqə yaradır. “Çatbot” əlavə suallara cavab verə, səhvlərini etiraf edə, yanlışlara etiraz edə və uyğun olmayan sorğuları rədd edə bilər. Xidmətin imkanları ictimaiyyətin diqqətini cəlb edib. Yenilik müxtəlif ölkələrdə tələbələr tərəfindən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik etdi
20:15 26.05.2026
Hərbi
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
19:48 26.05.2026
Rəsmi
DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
19:41 26.05.2026
Elm və Təhsil
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
19:29 26.05.2026
Siyasət
Seren Ay Çetindən şok iddia: “Sercan Beyza ilə evlənməyi düşünürdü”
19:19 26.05.2026
Şou
Fransada isti hava faciəyə səbəb oldu: 7 nəfər həyatını itirdi
19:03 26.05.2026
Dünya
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:54 26.05.2026
Gündəm
Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev
18:20 26.05.2026
Ekologiya
Makron Azərbaycan Prezidentini təbrik etdi
18:15 26.05.2026
Gündəm
Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:01 26.05.2026
Gündəm
Qarabağda köməksiz vəziyyətdə cüyür balası aşkar edildi - FOTO
17:53 26.05.2026
Qarabağ
Bir sıra məhkəmələrə hakimlər təyin edildi
17:28 26.05.2026
Gündəm
ABŞ dövlət katibi: “Tramp marşrutu” Cənubi Qafqazda sülhə yol açır
17:14 26.05.2026
Gündəm