İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi

Neftçalanın Həsənabad qəsəbəsində bədbəxt hadisə baş verib.

Sherg.az Unikal-a istinadən xəbər verir ki, qəsəbə sakini C.Rövşəni gürzə ilanı sancıb.

Məlumata görə, kişi hadisədən sonra ilanı öldürüb. Daha sonra onun vəziyyəti pisləşib. Lakin ailə üzvləri onun ilan sancması barədə gec xəbər tutublar.

Nəticədə 1962-ci il təvəllüdlü kişinin həyatını xilas etmək mümkün olmayıb.

Mərhum Həsənabad qəbiristanlığında dəfn edilib.