"G7" Şimali Koreyanın raket buraxılışını pisləyib
17:09 20.11.2022
Dünya
417
“G7” ölkələrinin xarici işlər nazirləri Koreya Xalq Demokratik Respublikasının (KXDR) noyabrın 18-də qitələrarası ballistik raketi buraxmasını “ən kəskin şəkildə” pisləyib.
“Report” xəbər verir ki, bu barədə “G7”nin yaydığı bəyanatda qeyd olunub.
“Şimali Koreyanın nüvə və ballistik proqramlarının inkişafı, o cümlədən qitələrarası mənzilli ballistik raketlərin hazırlanması və sınaqdan keçirilməsi beynəlxalq sülh və sabitlik və nüvə silahlarının yayılmaması rejimi üçün getdikcə daha çox ciddi xarakter daşıyan yeni təhlükə səviyyələri yaradır. Partlayışın miqyasını nəzərə alaraq son nüvə sınağı problemi görünməmiş səviyyəyə qaldırdı.
Şimali Koreya BMT Təhlükəsizlik Şurasının bütün müvafiq qətnamələrinə dərhal və tam əməl etməli və bütün nüvə və ballistik raket proqramlarından tam, yoxlanıla bilən və geri dönməz şəkildə imtina etməlidir.
Biz bu məqsədlərə nail olmaq üçün tədbirləri daha da gücləndirməyə hazırıq və BMT Təhlükəsizlik Şurasını öz öhdəliklərini yerinə yetirməyə və daha güclü tədbirləri özündə əks etdirən yeni və effektiv qətnamənin qəbulu istiqamətində işləməyə qətiyyətlə çağırırıq. Biz beynəlxalq ictimaiyyətə müraciət edirik ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarının davamlı, hərtərəfli və diqqətlə icrasını təmin etmək və Şimali Koreyanın beynəlxalq qanuniliyə qayıtmasını təmin etmək üçün səylərini ikiqat artırsın”, - bəyanatda bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi