Gözdən əlillər şikayətlənirlər
Gözdən əlillər şikayətlənirlər
Yusif Sultanoğlu
13:18 12.05.2024
Dünya
582
Onlar şəhərlərdə həyatlarını asanlaşdırmaq üçün tədbirlərin görülməsini istəyirlər
"Aidiyyətli qurumlar bu skuterlərə bir çözüm tapmalıdır"
Türkiyə Korlar Federasiyası başqanı Mehmet Emin Demirci qarşılaşdıqları problemlərdən danışıb. “Əngəllilər Həftəsi”ndə AA müxbirinə verdiyi açıqlamada M.Demirçi deyib ki, görmə əngəllilər şəhər həyatında bir çox çətinliklə qarşılaşır.
“Sherg.az” “aa.com.tr”yə istinadən bildirir ki, M.E.Demirçinin son zamanlar daha tez-tez qarşılaşdığı problem harda gəldi park edilən skuterlərdir. M.Demirçi deyib ki, skuterlər nəinki görmə əngəllilərə, digər vətəndaşlara da rahat hərəkət etməkdə mane olur, hətta qəzalara da səbəb olurlar: “Aidiyyətli qurumlar bu skuterlərə bir çözüm tapmalıdır. Skuterlər üçün xüsusi parklanma yerləri olmalı və onları harda gəldi saxlamaq qadağan edilməlidir. Skuterləri səkilərdə buraxıb gedirlər, yaşlı insanlar, hamilə qadınlar, bizim kimi görmə əngəlliləri heç düşünmürlər. Birinin ayağı ilişər, yıxılar, xəsarət alar, düşünən yoxdur. Lütfən, bu skuterləri insanların gedib-gəldiyi yoldan kənar bir yerdə saxlasınlar”. M.E.Demirçi görmə əngəllilər üçün nəzərdə tutulan sarı zolaqların da düzgün çəkilmədiyini bildirib: “Səkilərin kənarına baryerlər qoyurlar ki, avtomobillər səkiyə çıxarılmasın. Amma biz onları görmürük. Bu baryerlərə çarpırıq. Sarı zolaqlar da bir ayrı problemdir. Küçənin başından çəkilən zolaq sonda ya bir dirəkdə, ya da bir ağacda bitir. Sarı zolaqla gedirsən, başın ya dirəyə dəyir, ya ağaca. Səkilərdəki lövhələr, oturacaqlar, müxtəlif əşyalar da bizim hərəkət imkanlarımızı azaldır. Qarşımıza bir əngəl çıxır, bilmirik, irəlidə inşaat meydançasımı var, təmir işlərimi gedir, yolumuzu çaşdırırıq. Hər hansı bir iş görülürsə də, görmə əngəllilər də nəzərə alınmalıdır ki, buradan keçə bilərlər. M.E.Demirçi əngəlli insanların bir dərdinin də “mən öldükdən sonra övladım, ailəm necə dolanacaq, nə yeyib, nə içəcək”, olduğunu deyərək, hökumətdən bu məsələlərə diqqət ayırmalarını xahiş edib. M.E.Demirçi avtobus dayanacaqlarında səsli siqnalların olmasından da danışıb: “Avtobus dayanacaqlarında səsli siqnallar olmalıdır. Biz hansı avtobusun gəldiyini bilmirik, görmürük. Bunu bizə xəbər verəcək səsli siqnallar işləmir”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya
Ramazan bayramı namazının vaxtı açıqlanıb
12:19 16.03.2026
Cəmiyyət
Xüsusi karantin rejiminin müddəti uzadılıb
12:18 16.03.2026
Aktual
Aİ Gürcüstanla bağlı əlavə tədbirləri nəzərdən keçirir
12:15 16.03.2026
Gündəm