
Gürcüstan çalxalanır -ŞƏRH
Gürcüstan çalxalanır -ŞƏRH
Yusif Sultanoğlu
23:01 16.04.2024
Dünya
465
Ziddiyyətlər və qarşıdurmalar getdikcə artacaq
Hakimiyyət istəyir ki, xaricdən gələn böyük miqdarda vəsaiti nəzarətə götürsün
Gürcüstan parlamentində "xarici agentlər haqqında" qanunun müzakirəyə çıxarılması etiraz aksiyalarına səbəb olub. Aksiya iştirakçıları hakimiyyətdən kütləvi iğtişaşlara səbəb olan qanunun geri götürülməsini tələb ediblər. Narazıların sözlərinə görə, qanun layihəsinin qəbul edilməsi Gürcüstanın "Avropaya aparan yolunu" bağlayacaq. Qeyd edək ki, sözügedən qanun layihəsi parlamentə hakim "Gürcü arzusu" Partiyası tərəfindən təqdim olunub. "Xarici təsirin şəffaflığı haqqında" qanuna uyğun olaraq inzibati orqanlar tərəfindən təsis edilənlərdən və idman təşkilatlarından başqa, xaricdən 20 faizdən artıq maliyyələşən istənilən şirkət və KİV xarici agent elan edilir. Hər ilin yanvar ayında belə subyektlər "xarici təsir agentləri" kimi qeydiyyatdan keçməli olacaq. Qeydiyyatdan keçməyənlər 25 min lari (9500 ABŞ dolları) məbləğində cərimə olunacaq. Gürcü ekspertlər iddia edir ki, qəbul ediləcəyi tədqirdə qanun Gürcüstanda söz və mətbuat azadlığı məhdudlaşdıracaq və ölkənin Avroatlantika inteqarasiyasına mane olacaq. ABŞ, Avropa İttifaqı, BMT və Gürcüstanın bir sıra beynəlxalq tərəfdaşları da qanun layihəsini tənqid ediblər. Parlamentdə qanun layihısinin müzakirəsi zamanı iki deputat əlbəyaxa davaya çıxıblar. Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili də bütün tərəfdarlarını Rusiyanın müəllifi olduğu qanuna qarşı çıxmağa və ölkənin müstəqilliyinə, azadlığına və yalnız Avropa ilə mümkün olacaq gələcəyinə dəstək verməyə çağırıb. Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib ki, "Xarici agentlər haqqında" qanunun qəbulu ilə bağlı Gürcüstan hakimiyyətinin mövqeyi qətidir: “Şəffaflıq Qanunu hüquqi prinsiplərə tam uyğundur. Biz Avropa, ABŞ və ya yerli gürcü tərəfdaşlarla müzakirələr aparmağa açıq və hazırıq. Bizim yanaşmamız və mövqelərimiz çox güclüdür”. Avropa Birliyinin Gürcüstandakı səfiri Pavel Qreçinski isə bildirb ki, Gürcüstan parlamentinə təqdim edilən xarici agentlər haqqında qanun Avropanın dəyərlərinə uyğun deyil. Səfir deyib ki, QHT-nin şəffaflığı ilə bağlı narahatlıqlar vətəndaş cəmiyyəti təşkilatları üçün söz və media azadlığının məhdudlaşdırılması üçün bəhanə kimi istifadə edilməməlidir. Prezidentin parlament katibi Georgi Msxiladze isə bildirib ki, “Xarici agentlər haqqında” qanunun qəbulu Gürcüstanı Avropa Birliyinə (AB) üzvlüyə namizəd statusundan məhrum edə bilər: "Gürcüstan Prezidenti Salome Zurabişvili "Gürcü arzusu" Partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinə veto qoyacaq".
Politoloq İlqar Vəlizadə "Sherg.az"a bildirib ki, gürcü hakimiyyəti "xarici agentlər haqqında" qanun layihəsinin qəbul edilməsi üçün ciddi çalışır. Ekspertin sözlərinə görə, müxalifətin sözügedən qanun layihəsinin əleyhinə çıxması da təbiidir:

"Söhbət ondan gedir ki, xarici ölkələrdən qeyri-hökumət təşkilatları vasitəsilə Gürcüstana külli miqdarda vəsait daxil olur. Həmin vəsaitin hesabına çoxsaylı ailələr, insanlar dolanışığını təmin edirlər, böyük infrastruktur yaranır. Əlbəttə, bu həm də, xarici dairələrin Gürcüstanın daxilində gedən siyasi-ictimai proseslərə təsir imkanları, müdaxilə mexanizmi deməkdir. Müxalif qruplar da bundan yararlanırlar. Çünki hakim dairələrin iqtisadi resursları çoxdur. Müxalifət isə yalnız xaricdən gələn maliyyə hesabına hökumətlə bacara bilər, müqavimət göstərə bilər. O baxımdan sərt şəkildə qanun layihəsinə etiraz edirlər. Hakimiyyət istəyir ki, xaricdən gələn böyük miqdarda vəsaiti nəzarətə götürsün, qeyri-hökumət təşkilatlarını nəzarət altına alsın. Ziddiyyət, qarşıdurma getdikcə artacaq. Yaxın aylarda Gürcüstanda həm prezident, həm parlament seçkiləri keçiriləcək. Seçki prosesində iqtidar komandası ilə mübarizə aparmaq üçün xaricdən gələn maliyyə dəstəyinin önəmi böyükdür. Ona görə də müxalifət ciddi müqavimət göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət