
Hasan Oktay: Türkiyə indidən Suriyada qabaqlayıcı addımlar atmağa çalışır
10:38 14.03.2025
Dünya
550
Hakan Fidan, Yaşar Gülər və İbrahim Kalın Suriyaya gedib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Türkiyə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın Dəməşqə səfər ediblər.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay "Sherg.az"a deyib ki, 7 dekabr 2024-cü ildə Əsədin Suriyanı tərk etməsi ilə Əhməd Şaranın rəhbərliyində yeni hökumət hakimiyyətə gəldi:

"Türkiyə üçün 911 km-lik sərhədə malik qonşusu Suriyada baş verən hadisələr son dərəcə önəmlidir. 14 il davam edən qarışıqlıqdan sonra hakimiyyət dəyişikliyi Suriyada yeni bir sistem qurmaq üçün ciddi səylər göstərir. Türkiyə əvvəldən etibarən Suriyadakı hadisələri yaxından izlədiyi kimi, zaman-zaman yüksək səviyyəli səfərlər də həyata keçirir. Son günlərdə əvvəlcə İbrahim Kalın, sonra Hakan Fidan, indi isə Türkiyənin üç mühüm təhlükəsizlik rəsmisindən biri olan Yaşar Gülərin də bölgəyə getməsi, Suriyada baş verən son daxili qarışıqlıqlar və Fəratın şərqindəki quruluşlarla Suriya arasında imzalanmış anlaşmanın Türkiyə üçün nə qədər vacib olduğunu göstərir.
Türkiyə, ilk növbədə, Suriyada ərazi bütövlüyü çərçivəsində konstitusiyaya əsaslanan, hüququn aliliyinə dayanan bir sistemin formalaşmasını istəyir. Bunun əksinə olaraq, Suriyada ortaya çıxacaq hər hansı qeyri-sabit strukturlar Türkiyə üçün risk yarada biləcəyi üçün Ankara prosesi təsadüfə buraxmaq niyyətində deyil. Bu səbəbdən, Türkiyə Suriyadakı prosesləri yaxından izləmək, nəzarət etmək və yönləndirmək məqsədilə daimi əlaqədə qalmağa çalışır.
Xüsusilə Fəratın şərqində yaradılmağa cəhd edilən federasiya və Kamışlıdakı müstəqil idarəetmə təşəbbüsləri Türkiyə üçün qəbuledilməz olduğundan, Ankara Suriyadakı yeni rəhbərliklə məlumat mübadiləsi aparmaq və mövqeyini bildirmək üçün bu üç mühüm təhlükəsizlik rəsmisinin Dəməşqə səfərini təşkil etdi. Təxminən dörd saat davam edən görüşdən sonra nümayəndə heyəti Şamdan ayrılaraq Ankaraya geri döndü".
Politoloq qeyd edib ki, xüsusilə ABŞ və Rusiyanın Ukrayna mövzusunda bir anlaşma zəmininə yaxınlaşması və bu prosesin Rusiyanın, eləcə də İranın yenidən Suriyaya dönmə ehtimalını artırması nəzərə alındıqda, Türkiyə indidən qabaqlayıcı addımlar atmağa çalışır:
"Ankara, bir tərəfdən Əhməd Şara ilə fikir mübadiləsi apararkən, digər tərəfdən bölgədəki vəziyyəti yaxından təhlil etmək üçün bu səfərləri gələcəkdə də mütəmadi şəkildə davam etdirməyi planlaşdırır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya