Həbsxanadan qaçış: Planı baş tutmadı
Yusif Sultanoğlu
04:07 28.04.2024
Dünya
459
Gizli tuneldən başını çıxaran şəxsi polis tutdu
Venesuelanın Maracaibo həbsxanasında 20 məhbusun qaçış planı baş tutmayıb. Bir neçə məhbus həbsxanada yaranmş gərgin vəziyyətdən istifadə edərək gizli tunel qazmağa başlayıblar.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, günlərlə çalışan məhbuslar bir neçə metr uzunluğunda tunel qazmağı bacarıb. Amma nəzarətçilər məhbusların hərəkətindən şübhələnərək onları müşahidə altında saxlayaraq hərəkətlərini izləyiblər. Və tunelin çıxışında məhbusları gözləməyə başlayıblar. İlk məhbus başını tuneldən çıxarar-çıxarmaz polis tərəfindən yaxalanıb. Polisin tuneldən çıxan məhbusları tək-tək yaxalaması kamera görüntülərinə yansıyıb və sosial şəbəkədə də yayılıb. Görüntülər dünya mediasında böyük əks-səda doğurub. Məlum olub ki, məhbuslar həbsxanada yaranmış qarmaqarışıqlıqdan məharətlə yararlanıblar. Lakin Venesuela polisi onlardan da tədbirli çıxıb. Tunelin çıxışını təxmin edərək məhbusları orada gözləməyə başlayıb. Nəticədə 3 məhbus yaxalanıb. Digərləri isə geri – kameralara qayıdıb. Həbsxanadakı üsyanla bağlı məlumat verən bələdiyyə başqanı “heç kim ciddi şəkildə yaralanmayıb. Polislər vəziyyəti nəzarət altına alıb”, söyləyib. Həbsxana rəisi isə həbsxanadan qaçmaq cəhdinin uğursuz olduğunu və yaxın günlərdə təhlükəsizlik tədbirlərinin daha da artırılacağını qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm