Hindistanda tibb fakültələrinə qəbul imtahanlarında saxtakarlıq iddialarına etiraz olaraq 20 gündür aclıq aksiyası keçirən tanınmış ekoloji fəal Sonam Vanqçuk səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilib.
Sherg.az xəbər verir ki, Yeni Dehli polisi müdaxilənin məhkəmə qərarı və həkimlərin tövsiyəsi əsasında həyata keçirildiyini açıqlayıb.
59 yaşlı fəal iyunun 28-dən etibarən Hindistanın təhsil nazirinin istefası tələbi ilə aclıq aksiyası keçirirdi. Polis onu etiraz aksiyası zamanı xəstəxanaya apararkən tərəfdarları ilə qısa qarşıdurma yaşanıb.
Qeyd edək ki, Hindistanda təxminən 2,2 milyon abituriyentin iştirak etdiyi tibb fakültəsinə qəbul imtahanı sualların əvvəlcədən sızdırılması iddiaları səbəbindən ləğv edilmiş, daha sonra gücləndirilmiş təhlükəsizlik tədbirləri altında yenidən təşkil olunmuşdu.