Hindistanda əlverişsiz hava şəraiti nəticəsində 2 mindən çox insan ölüb
Yusif Sultanoğlu
18:10 18.08.2023
Dünya
317
Hindistanda mövsümi yağışların səbəb olduğu müxtəlif təbiət hadisələri nəticəsində son 4 ayda 2 mindən çox insan ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ən çox ölüm hadisəsi Bihar və Himaçal-Pradeş ştatlarında qeydə alınıb (müvafiq olaraq 518 və 330 nəfər). Daşqınlar, sürüşmələr, ildırım çaxması və digər təbiət hadisələri nəticəsində 100-dən çox insan itkin düşüb, 1,5 min nəfər xəsarət alıb.
Daşqınlar zamanı 900-ə yaxın insan boğulub, 500-dən çox insan ildırım vurması nəticəsində ölüb, 186 nəfər sürüşmənin qurbanı olub. 450-dən çox insanın ölümünə isə başqa amillər səbəb olub. “Press Trust of India” agentliyi tərəfindən təqdim olunan məlumatlar 1 aprel – 17 avqust tarixlərini əhatə edir. Hindistanda yağışlı mövsüm, adətən, sentyabrda bitir.
Xatırladaq ki, 2022-ci ildə 2,2 min insan əlverişsiz hava və təbiət hadisələri nəticəsində ölmüşdü.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın ali rəhbəri Türkiyəyə hücumlara münasibət bildirib
19:49 20.03.2026
Region
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya