Hörmüz boğazı ilə bağlı Pezeşkiana tələb irəli sürüldü

Yaponiya Baş naziri Sanae Takaiçi İrandan Hörmüz boğazında gəmilərin təhlükəsizliyini təmin etməsini tələb edib.

Teleqraf xəbər verir ki, o, öz mövqeyini İran Prezidenti Məsud Pezeşkianla telefon danışığında bildirib.

Yaponiya Baş naziri söhbət zamanı bölgədə vəziyyətin sabitləşdirilməsinin vacibliyini də İran Prezidentinin diqqətinə çatdırıb.

Sanae Takaiçi həmçinin ABŞ və İranın iki həftəlik atəşkəs elan etməsini alqışlayıb.