İlon Maskdan Trampa dəstək: Son 3 ayda 75 milyon dollar ianə edib
09:01 17.10.2024
Dünya
387
Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri üçün geri sayım başlayıb. Respublikaçı Tramp milyarder iş adamlarının dəstəyi ilə demokrat rəqibi Kamala Harrislə seçki ianələrindəki fərqi aradan qaldırmağa çalışır.
Sherg.az xəbər verir ki, Federal Seçki Komissiyasının (FEC) hazırkı məlumatlarına görə, amerikalı milyarder Mask iyul-avqust-sentyabr aylarını əhatə edən dövrdə Trampın seçki kampaniyasına ümumilikdə 75 milyon dollar ianə edib.
Dəfələrlə Trampa açıq dəstəyini ifadə edən və bu yaxınlarda Respublikaçı namizədin seçki mitinqinə qatılan Maskın yay dövründə Trampın ianələrinin artmasında mühüm rolu olub.
Digər tərəfdən, uzun müddətdir Trampın güclü tərəfdarı olan Miriam Adelson və Richard Uihlein kimi Respublikaçılar Partiyasının tərəfdarlarının bu müddət ərzində Trampa ianələrini artırdığı qeyd edilib.
İsrailə verdiyi dəstək və Trampın 2016-2020-ci illərdə prezidentliyi dövründə İsrail lehinə addımlar atması üçün sıx səylər göstərməsi ilə tanınan Adelson ailəsi bu müddət ərzində Trampa 95 milyon dollar bağışlayıb. Digər milyarder iş adamı Uihlein eyni müddət ərzində Trampın seçki kampaniyasına ümumilikdə 50 milyon dollar ianə edib.
FEC-in son məlumatlarına görə, Demokrat namizəd Kamala Harris son 3 ayda ümumilikdə 678 milyon dollar, Respublikaçı Tramp isə ümumilikdə 310 milyon dollar ianə toplayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
15:57 06.08.2026
Region
Tramp Ukraynanı arxa plana atıb - Maksim Yali
15:49 06.08.2026
Gündəm
Telefonla keçən yay uşağın beynini bərpa etmir - Psixoloq
15:49 06.08.2026
Elm və Təhsil
Ərdoğan Dövlət Baxçalı ilə görüşdü
15:34 06.08.2026
Gündəm
Putin bütün qırmızı xətləri keçib - Ukraynalı diplomat
15:22 06.08.2026
Gündəm
Ceyhun Bayramov İrpen şəhərinə gedib
14:52 06.08.2026
Gündəm
Hörmüz boğazı açıla bilər - Pakistanlı analitik
14:26 06.08.2026
Gündəm
Qarabağa səfər edən Türkiyə nümayəndə heyəti bəyanat qəbul edib
14:16 06.08.2026
Gündəm
Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
14:13 06.08.2026
Gündəm