Sumqayıt şəhərində avtomobil tamamilə yanıb.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 19-cu məhəlləsində, Azərbaycan prospektində qeydə alınıb.
1991-ci il təvəllüdlü şəhər sakini Elxan Elman oğlu Qədəşova məxsus "Chevrolet" markalı minik avtomobili naməlum səbəbdən yanaraq yararsız hala düşüb.
Yanğının başvermə səbəbləri araşdırılır.