İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı irəli sürülən korrupsiya ittihamları ilə hazırlanmış iddianamə məhkəmə tərəfindən qəbul edilib.
Sherg.az xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı korrupsiya iddiaları çərçivəsində aparılan istintaqda yeni inkişaf var.
İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamə İstanbul 40-cı Ağır Cəza Məhkəməsi tərəfindən qəbul olunub.
3 min 900 səhifədən ibarət iddianamədə 407 nəfərin adı şübhəli kimi qeyd olunub.
Vəzifəsindən uzaqlaşdırılan İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu iddianamədə “təşkilat rəhbəri” olaraq göstərilir. Həmçinin daha 6 nəfərin də təşkilat rəhbəri olduğu bildirilir.
İddianamədə İmamoğlu haqqında 828 il 2 aydan 2 min 352 ilədək həbs cəzası tələb olunur.
İddianamədə, dövlətin 10 il ərzində 160 milyard lirə ziyana uğradığı iddia olunur. Metro və İSKİ layihələri üçün alınan kreditlərin təyinatı üzrə istifadə edilmədiyi bildirilir.