
İqtidarın Saakaşvili dilemması: “Həbsi də, azadlığı da təhlükəlidir”
Yusif Nəzərli
11:57 05.10.2021
Dünya
547
“Çünki həbsdən sonra hakimiyyətə təzyiqlər güclənəcək”
“Ukrayna, Avropa və Amerika eks-prezidentə dəstək olacaq”
“Halbuki Gürcüstanın indiki hakimiyyəti Avropaya inteqrasiya olunmaq, NATO-ya üzv olmaq istəyir. İnanmıram ki, Saakaşvili uzun müddət həbsdə qalsın”
“Gürcüstan hakimiyyəti bir müddət sonra onu sərbəst buraxmaq məcburiyyətindədir”
Gürcüstan Mərkəzi Seçki Komissiyası yerli seçkilərdə səsvermənin rəsmi nəticələrini açıqlayıb. Əsas intriqa isə hakim “Gürcü arzusu” partiyasının 43 %-dən çox səsi toplayıb-toplayamayacağından ibarət olub. Avropa İttifaqının vasitəçiliyi ilə iqtidar və müxalifətin bağladığı “Mişel sazişi”ndə qeyd edilib ki, partiya bu baryeri aşmazsa, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə ehtiyac yaranacaq.
Düzdür, “Gürcü arzusu” tezliklə bu müqavilədən çıxdı, amma müxalifət müqaviləni etibarlı hesab etdiyini bildirdi. Lakin nəticədə “Gürcü arzusu” 46,69 %, Mixail Saakaşvilinin qurduğu müxalif “Vahid milli hərəkat” 30,7 % səs toplayıb.
“Gürcü arzusu” bəzi rəy sorğularında proqnozlaşdırıldığından daha az səs toplayıb. “Vahid milli hərəkat” isə nəticəsini daha da yaxşılaşdırdı və buna əsas səbəb keçmiş prezident Mixail Saakaşvilinin Gürcüstana qayıtması olub. Bu, onun tərəfdaşlarını ruhlandırıb. Bundan əlavə, oktyabrın 30-da Gürcüstanın 20 şəhərində seçkilərin ikinci turu keçiriləcək.
“Vahid milli hərəkat” partiyasının lideri, Gürcüstan baş nazirinin keçmiş müavini Georgi Baramidze Saakaşviliyə qarşı irəli sürülən bütün ittihamlar əsassız olduğunu söyləyib:
“Saakaşvilinin heç bir əfvə ehtiyacı yoxdur. O, bizim fəaliyyətlərimiz nəticəsində azad ediləcək”.
Saakaşvilinin həyat yoldaşı Yelizaveta Yasko isə onun azadlığı üçün əlindən gələni edəcəyini bildirib: “Ötən cümə günü yayımlanan birgə videoda dolğun şərhlər və qiymətləndirmələr yer alırdı. Biz birlikdəyik, bir-birimizi sevirik, siyasi həmfikirlərik”.Onun sözlərinə görə, Saakaşvilinin həbsi qanunsuzdur: “Bu, hazırki Gürcüstan hökuməti tərəfindən siyasi repressiyadır və ölkənin demokratik institutlarını sarsıdır. Gürcüstan məhkəmələrinin çıxardığı qondarma hökmlər qanunsuzdur. Mixeilin azad edilməsi üçün əlimdən gələni edəcəyəm. Deputat, Ukrayna vətəndaşı və ona yaxın bir insan kimi bunu edəcəyəm".
Saakşvilinin vəkillərindən biri Giorgi Çiviaşvili jurnalistlərə açıqlamasında söyləyib ki, o, Ukraynaya ekstradisiya olunmaqdan imtina edəcək. Sabiq prezidentlə cəzaçəkmə müəssisəsində görüşən vəkil bildirib ki, Saakaşvili aclığı davam etdirir.
G.Çiviaşvili vurğulayıb ki, M.Saakaşvilin siyasi məhbus olduğu aydındır:
“Eks-prezidentin mövqeyi bundan ibarətdir ki, o, öz vətəninə gəlib və siyasi mübarizə aparmaq niyyətindədir”.

Mövcud durumu “Sherg.az”a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Saakaşvili xarizmatik və kifayət qədər qətiyyəli bir siyasətçidir. Belə olmasaydı, Avropada rahat həyatından vaz keçib Ukraynaya qayıtmazdı:
“Ukraynadakı köhnə hakimiyyət onu 2 dəfə ekstradisiya etmişdi, lakin Zelenski sonradan onun vətəndaşlığını bərpa etdi. Saakaşvili bilirdi ki, Gürcüstana gedəndə onu həbs edəcəklər, buna baxmayaraq ölkəyə qayıtdı. Ona görə də Ukraynaya ekstradisiya olunmaq istəmir. Özünə güvənən istənilən siyasətçi həbsi göz önünə almalıdır. Saakaşvili də bunu göz önünə aldı və mübarizəyə qoşuldu”.
E.Şahinoğlu vurğulayıb ki, hər iki hal-onu həbs etmək və sərbəst buraxmaq indiki Gürcüstan hakimiyyəti üçün təhlükəlidir:
“Çünki həbsdən sonra hakimiyyətə təzyiqlər güclənəcək. Ukrayna, Avropa və Amerika eks-prezidentə dəstək olacaq. Halbuki Gürcüstanın indiki hakimiyyəti Avropaya inteqrasiya olunmaq, NATO-ya üzv olmaq istəyir. İnanmıram ki, Saakaşvili uzun müddət həbsdə qalsın. Gürcüstan hakimiyyəti bir müddət sonra onu sərbəst buraxmaq məcburiyyətindədir. İndiki seçkilərdə “Gürcü arzusu” irəlidəymiş kimi görünür, amma Saakaşvilinin lideri olduğu partiya güclü müqavimət göstərir. Bu baxımdan ikinci tur seçkilər keçiriləcək. Sabiq prezident geri qayıtmaqla öz tərəfdaşlarını bir az cəsarətləndirmək istədi və buna müəyyən qədər nail oldu”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi