
İran qonşularından kömək umur, Yaxın şərqdə vəziyyət gərginləşir- TƏHLİL
İran qonşularından kömək umur, Yaxın şərqdə vəziyyət gərginləşir- TƏHLİL
08:42 17.10.2024
Dünya
377
İranın xarici işlər naziri Abbas Araqçı Misir, İordaniya və Türkiyəyə səfər edəcək. Bu barədə İran Xarici İşlər Nazirliyindən bildirilib.
Məlum olduğu kimi, Araqçi son həftələrdə Livan, Suriya, Səudiyyə Ərəbistanı, Qətər, İraq və Omana səfər edib.
İran baş diplomatının region ölkələrinə səfəri, əlbəttə, hər şeydən əvvəl tanışlıq məqsədlidir. Amma bu səfərlər təkcə tanışlıqla kifayətlənmir.
Məsələ burasındadır ki, son zamanlar Yaxın Şərqdə vəziyyət kifayət qədər gərgindir. İsrailin Livana hücumları, həmçinin İranla İsrail arasında gərginliyin pik həddə çatması perspektivdə savaşın genişlənmə ehtimalını artırır.
Hazırkı situasiya onu deməyə əsas verir ki, müharibə yaxın zamanda başa çatana oxşamır. Əksinə, perspektivdə savaşın genişlənmə daha çoxdur.

Mövcud mənzərə onu deməyə əsas verir ki, Qərb dövlətləri Yaxın Şərqdə Şərqi Avropa ssenarisini təkrarlamaq istəyir. Ukrayna vasitəsi ilə Rusiyanı bataqlığa çəkən Qərb indi İsrailin əli ilə İranı savaşa sürükləmək niyyətindədir. Rəsmi Tehran bunu başa düşür və riskləri real qiymətləndirir. Ona görə də təmkinli, soyuqqanlı davranır.
İran mümkün qədər çalışır ki, özü bataqlığa çəkilmədən müharibə dayansın və beləliklə, təhlükəsizliyini təmin etsin. Bunun üçün bütün diplomatik vasitələrdən istifadə olunur. İranın intensiv təmasları bu baxımdan qiymətləndirilməlidir.
Əlbəttə, A.Əraqçinin Misir, İordaniya və Türkiyəyə səfərlərinin hər birində əsas mövzu Yaxın Şərqdəki vəziyyət olacaq. İranın baş diplomatı həmkarları ilə Yaxın Şərqdəki müharibənin ən qısa müddətdə dayandırılması, həmçinin İsrailə qarşı birgə mübarizə barədə fikir mübadiləsi aparacaq.
Əgər rəsmi Tehran müharibəni qısa vaxtda dayandırmağı bacarmasa, mümkün daha genişmiqyaslı eskalasiya ilə bağlı İslam dövlətlərini həmrəy etməyə çalışacaq.
Onu da deyək ki, perspektivdə Yaxın Şərqdəki müharibənin daha da genişlənməsi üçüncü dünya müharibəsinin rəsmən elan olunması ilə nəticələnə bilər.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
15:57 06.08.2026
Region
Tramp Ukraynanı arxa plana atıb - Maksim Yali
15:49 06.08.2026
Gündəm
Telefonla keçən yay uşağın beynini bərpa etmir - Psixoloq
15:49 06.08.2026
Elm və Təhsil
Ərdoğan Dövlət Baxçalı ilə görüşdü
15:34 06.08.2026
Gündəm
Putin bütün qırmızı xətləri keçib - Ukraynalı diplomat
15:22 06.08.2026
Gündəm
Ceyhun Bayramov İrpen şəhərinə gedib
14:52 06.08.2026
Gündəm
Hörmüz boğazı açıla bilər - Pakistanlı analitik
14:26 06.08.2026
Gündəm
Qarabağa səfər edən Türkiyə nümayəndə heyəti bəyanat qəbul edib
14:16 06.08.2026
Gündəm
Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
14:13 06.08.2026
Gündəm