İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Məlumata əsasən, tərəflər İranda casusluqda ittiham olunan iki Fransa vətəndaşının – Sesil Kuler və Jak Parisin vəziyyətini müzakirə ediblər.
"Fransa öz vətəndaşlarının Tehrandakı səfirlikdən tez bir zamanda geri qaytarılmasını tələb edib", – bəyanatda vurğulanır.
Barro Əraqçi ilə söhbətində Tehranı zəmanət öhdəliklərinə əməl etməyə, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığa və İranın nüvə proqramının müzakirəsi üçün danışıqlar masasına qayıtmağa çağırıb.