İran XİN BMT-yə və Aİ-yə məktub ünvanladı
21:53 20.07.2025
Dünya
292
İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin Baş katibi Antonio Quterreşə, BMT Təhlükəsizlik Şurasının üzvlərinə və Aİ diplomatiyasının rəhbəri Kaya Kallasa məktub ünvanlayıb.
O, BMT Təhlükəsizlik Şurasının İslam Respublikasına qarşı sanksiyalarının yenilənməsinin mümkünsüzlüyünün lehinə arqumentlər irəli sürüb.
A.Əraqçi öz X hesabında yazıb: “Mən izah etdim ki, nə üçün Aİ-3-ün (Almaniya, Fransa və Böyük Britaniya – red.) JCPOA (Birgə Kompleks Fəaliyyət Planı – red.) və BMT-nin 2231 (2015) Qətnaməsinin mexanizmlərindən istifadə etmək üçün heç bir hüquqi, siyasi və ya mənəvi əsasları yoxdur”.
O qeyd edib ki, İranın fikrincə, Aİ-3 ölkələri İsrail və ABŞ-ın İslam Respublikasındakı nüvə obyektlərinə zərbələrini dəstəkləyərkən JCPOA-nın əsas müddəalarından və öhdəliklərindən imtina ediblər. Beləliklə, Əraqçi hesab edir ki, Avropa dövlətləri JCPOA-dakı rollarından imtina etdilər və "BMT Təhlükəsizlik Şurasının dayandırılmış qətnamələrinin təsirini bərpa etmək üçün hər hansı cəhdləri etibarsız saydılar".
İranın xarici işlər naziri qeyd edir ki, Aİ-3 ölkələri “özlərinin sadiq olmadıqları qətnamədən sui-istifadə edərək BMT Təhlükəsizlik Şurasının nüfuzunu sarsıtmağa icazə verə bilməzlər və buu etməməlidirlər”. Onun fikrincə, üç Avropa dövləti 2020-ci ilin avqustunda səsləndirdikləri mövqeyə sadiq qalmalıdırlar ki, bu da "BMT Təhlükəsizlik Şurasında fikir ayrılıqlarını daha da kəskinləşdirəcək hər hansı hərəkətlərdən" çəkinməyi nəzərdə tutur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm