
İrandan Suriya və ABŞ-a Sərt Siqnal: Əş-Şəranın sonu yaxınlaşır? -RƏY
11:41 18.03.2025
Dünya
549
Əhməd əş-Şara da (Colani) Bin Laden və Əbu Bəkr əl-Bağdadinin taleyini yaşayacaq. Bu proqnozu yadda saxlayın və ciddi qəbul edin.
Bu, Əli Xameneinin ofisinə bağlı olan “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriyətmədari yazıb.
“Bin Laden və Əbu Bəkr Bağdadi kimi muzdluların karyerasının sonu açıq şəkildə göstərir ki, təkfirçi terrorçular ABŞ tərəfindən yaradılıb. Birləşmiş Ştatlar təkfirçilərin vəhşi cinayətlərinin məsuliyyətini öz üzərinə götürməmək üçün bu qruplardan istifadə etdikdən sonra liderlərini aradan götürür!”- o bildirib.
Qeyd edək ki, “Keyhan”ın baş redaktoru Hüseyn Şəriətmədari birbaşa Əli Xameneinin göstərişi ilə bu vəzifəyə təyin olunub və burada gedən yazılar İranın rəhbəri Əli Xameneinin başçılıq etdiyi mühafizəkar qanadın - SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir.
Politoloq Samir Hümbətov "Sherg.az"a deyib ki, İran tərəfi bu cür, hətta daha sərt açıqlamalar verməyə davam edəcək:

"Suriyada baş verən dəyişikliklərdən sonra İranda ciddi narazılıq və narahatlıqlar yaranıb. Çünki belə vəziyyətdə əksər hallarda mövcud rejimi günahlandırırlar. Məhz Xameneinin ofisindən sözügedən bəyanatın gəlməsi çox böyük siqnaldan xəbər verir. Əslində Hüseyn Şəriətmədari məlum məsələdə o qədər də nüfuzlu şəxs deyil. Onun açıqlaması İran daxilində etirazçı kütlənin başını qatmaq, manipulyasiya etmək üçün ən optimal variantdır. Nəzərə almaq lazımdır ki, bu gün Əş-Şəra hökuməti daha çox Türkiyənin himayədarlığından yararlanır. Bu mənada Suriya hakimiyyəti hətta ABŞ-ın belə öz ərazisində qoşun saxlamamasının tərəfdarıdır. Ola bilər ki, buradakı YPG kimi qruplaşmaları Vaşinqton dəstəkləyir. Lakin bu, Əş-Şəranın himayə edilməsi demək deyil. Ümumiyyətlə İran xalqının Suriyaya xərclənən pulların qarşılığında nə qədər qoşunun qırılması ilə bağlı suallarına Tehranın cavabı olmalı idi. Xameneinin sözçüsü də bu açıqlamanı verərək demək istəyirlər ki, biz əlimizdən gələni etdik, lakin günah ABŞ-dadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil