İranın Buşehr və Əhvaz şəhərlərində partlayışlar baş verib

İranın Buşehr və Əhvaz şəhərlərində partlayış səsləri eşidilib.

IRNA agentliyinin məlumatına görə, Buşehr şəhərində iki partlayış baş verib.

Mehr agentliyi isə İranın cənub-qərbində yerləşən Əhvaz şəhərində də partlayış səsinin eşidildiyini qeyd edib.

Mümkün dağıntılar və itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.