
İranın maraqlı adəti: MOSSAD-ın adının hallanması təsadüfi deyil
Yusif Sultanoğlu
15:30 31.08.2023
Dünya
681
Bu İranın İsrailə qarayaxma kampaniyasının bir hissədir
SEPAH-ın kəşfiyyat xidməti MOSSAD-ı İranın müdafiə kompleksi obyektlərində təxribat hazırlamaqda ittiham edib.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, MOSSAD-ın bilavasitə nəzarəti altında olan qrupun üzvləri aşağı keyfiyyətli və qüsurlu hissələri təmin etməklə raketlərin buraxılışını pozmaq niyyətində idilər, buna görə də raketlər buraxılan zaman partlamalı idi.
İran kəşfiyyatının sabotajda şübhəli bilinənlərin hamısını həbs etdiyi bildirilib.
Kəşfiyyatla bağlı məsələlərin qeyri-müəyyən olduğunu deyən politoloq Sədrəddin Soltan"Sherg.az"a vurğulayıb ki, İran tərəfinin əlində müəyyən məlumatların olması mümkündür:

"Yaddan çıxarmaq lazım deyil ki, İran bir neçə ay öncə öz ərazilərində baş vermiş partlayışı da MOSSAD-ın adıyla bağladı. Ümumiyyətlə cənub qonşumuz bir sıra partlayışları, çatışmazlıqları və terror hadisələrini xarici ölkələrin üzərinə atır. Rəsmi Tehran ölkədəki təzyiqi gücləndirmək üçün MOSSAD, MKİ, Azərbaycanın kəşfiyyat orqanının adından istifadə etməyə adət edib. Məsələn ibadətgahdakı terror aktı zamanı İran tərəfi dedi ki, bunu Tacikistan, Əfqanıstan və Azərbaycan vətəndaşları edib. Sonradan isə Azərbaycanla bağlı iddialar öz əksini tapmadı".
Analitik əlavə edib ki, MOSSAD-ın belə hadisələrdə adının hallanması İranın İsrailə qarayaxma kampaniyasının bir hissədir:
"Ümumiyyətlə rəsmi Təl-əviv bu hadisəni təsdiqləyərsə, İran hərbi əməliyyatlar keçirmək və ya Livanda "Hizbullah"ın vasitəsilə İsrailə təzyiq etmək üçün əsas toplaya bilər. Məsələn, Hizbullah İsrailə hücum edər və bunu İrandakı hadisələrlə bağlayar. Odur ki, rəsmi Tehranın bu iddiaları yetərli deyil və məsələni İsrail də etiraf etməlidir. Həmçinin İran raket texnalogiyalarının aşağı səviyyədə olduğunu və sınağın baş tutmayacığını ört-basdır etmək üçün də məsələni MOSSAD-ın üzərinə ata bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət